Yuxarı

Daha bir şəhidin ailəsi sosial dəstəklə təmin olundu

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin və tabeliyindəki qurumların rəhbər şəxslərinin Vətən müharibəsi şəhidlərinin və qazilərinin ailələri ilə görüşləri davam edir.

Axar.az xəbər verir ki, nazirliyin tabeliyindəki Dövlət Məşğulluq Agentliyinin sədri Mustafa Abbasbəyli şəhid Elmar Nəbiyevin ailəsi ilə görüşüb, onların sosial vəziyyəti ilə tanış olub.

Atası, anası və bacısı ilə birgə Pirallahı rayonunda yaşamış Elmar Nəbiyev Füzuli istiqamətində gedən döyüşlərdə şəhid olub.

Ailə ilə görüş zamanı müəyyən olunub ki, Elmarın valideynləri işləmir, pensiya alırlar. Bacısı isə II kurs tələbəsidir. Ailənin məşğulluğunu təmin etmək məqsədilə istəkləri əsasında şəhidin atası Elman Nəbiyevə özünüməşğulluq proqramı çərçivəsində xidmət sahəsi üzrə avadanlıqlar təqdim edilib, anası isə haqqı ödənilən ictimai işə cəlb edilib.

Bunlarla yanaşı ailəyə sosial ödənişlərin - Prezidentin aylıq təqaüdünün, həmçinin hüququ müəyyən edilməklə pensiya və ya müavinətin təyinatı da həyata keçiriləcək.

Tarix
2020.12.26 / 16:09
Müəllif
Axar.az
Digər xəbərlər

ABŞ-ın qardaş ölkəyə ədalətsiz sanksiyası…

Əliyevin tələbinə Paşinyanın hiyləgər cavabı...

Səfirimiz İranın vitse-prezidenti ilə görüşdü

Kiyev niyə türk respublikasına zərbə endirdi?

İlham Əliyev Almaniya prezidentinə başsağlığı verdi

Azərbaycan D-8-də: ölkəmiz üçün yeni imkanlar açılır

Əliyev Rusiyanı başa saldı ki, bu, qəbuledilməzdir! - Markedonov

Hindistandan Bakıya silah satmaq üçün gülünc “şərt”

Bakı və İrəvan üçün tarixi fürsət yaranıb - Fidan

Zaur Hüseynov niyə işdən çıxarıldı? - Səbəb

KULT
<>
Xəbər xətti
  
  
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla