Yuxarı

Mehdiyevin ermənilərə Yeni il təbriki və hədiyyəsi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Mehdiyevin ermənilərə Yeni il təbriki və hədiyyəsi

Azərbaycanda ermənilərin İkinci Qarabağ müharibəsində törətdikləri müharibə cinayətlərini bir resursda toplayan www.armenianwarcrimes2020.org adlı sayt yaradılıb.

Axar.az xəbər verir ki, bu barədə beynəlxalq hüquq üzrə professor Fərhad Mehdiyev məlumat yayıb.

“Yeni ildə erməniləri təbrik edirəm və onlara bu məqsədlə hazırladığım hədiyyəni təqdim edirəm. Dostumuz Nicat Məhəmmədovun dəstəyi ilə ermənilərin İkinci Qarabağ müharibəsində törətdikləri müharibə cinayətlərini bir resursda toplayan saytı sizə təqdim edirik.

Sayt tam hazır deyil, amma qonşularımızın hədiyyəsiz bir yeni il başlamasını istəmədik. Sayt ingilis dilindədir və xarici auditoriya üçündür”, - F.Mehdiyev qeyd edib.

Professor kömək də istəyib:

“1. Əgər sizdə bu saytda olmayan müharibə cinayətlərini əks elətdirən video və fotoşəkillər varsa, onları bizə yollayın.

2. Videoda gördüyünüz şəxsləri tanıya bilirsinizsə, mütləq yazın.

3. Eyni zamanda mülki əhalimizin arasında olan itkilərin şəklini bizə yollasanız yaxşı olar. Gəncə, Bərdə və Tərtərdə öldürülən mülki şəxslərin şəkillərini də oraya yükləyəcəyik”.

Hüquqşünas qeyd edib ki, sayt heç bir maliyyə dəstəyi olmadan qurulub:

“Bütün xərcləri özüm, Nicat Məhəmmədov, mülki şəxslərə qarşı törədilən hücumların tərcümə xərcini də Gülçin Seyidova qarşılayıb”.

Tarix
2021.01.01 / 16:36
Müəllif
Axar.az
Digər xəbərlər

Paşinyandan Türkiyə açıqlaması: Yaxın zamanlarda...

Fidan, Bayramov və Boçorişvili İstanbulda görüşəcək

Gəmidə yaralanan azərbaycanlıların vəziyyəti... - XİN

Ümid edirəm ki, Bakıya gedəcəm - Paşinyan

Rusiya üçün kritik gün: Paşinyan qalib gəlsə, bitdi...

Xalq artistinin oğluna yüksək vəzifə verildi

ABŞ ifşa oldu: təyyarə gəmisinə ciddi ziyan dəyib - Foto

Azovda həlak olan azərbaycanlıların son sayı açıqlandı

Nəqliyyat Təlim Mərkəzinə direktor təyin edildi

XİN-dən vurulan gəmidəki vətəndaşlarımız barədə açıqlama

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla