Yuxarı

İSESKO nümayəndə heyəti Qarabağa gəldi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
İSESKO nümayəndə heyəti Qarabağa gəldi

11:49

İslam Dünyası Elm, Təhsil və Mədəniyyət Təşkilatının (İSESKO) Baş direktoru Salim bin Məhəmməd əl-Malikin başçılıq etdiyi nümayəndə heyəti Azərbaycanın işğaldan azad olunmuş ərazilərinə səfəri çərçivəsində Füzuli rayonunda olub.

Axar.az xəbər verir ki, İSESKO-nun nümayəndə heyəti əvvəlcə Füzuli şəhərinin xarabalıqlarına baxıb, şəhər qəbiristanlığında erməni vandalizminin izlərini görüblər. Ermənilər burada mərmərdən olan məzar daşlarını söküb aparıb, bəzi qəbirləri qarət məqsədilə dağıdıblar.

Şəhərdəki dağıdılmış Cümə məscidinin qalıqlarına baxış zamanı aydın olub ki, ermənilər digər məscidlərimizdə olduğu kimi, burada da mal-qara və donuz saxlayıblar. Nümayəndə heyətinin üzvləri İslam dini abidələrinin bu cür təhqir olunmasının, dağıdılmasının insanlıqla bir araya sığmadığını bildiriblər.

İSESKO-nun nümayəndə heyəti rayonun Qarğabazarı kəndində qədim karvansaraya və XVII əsrə aid məscidin qalıqlarına, həmçinin Qoçəhmədli kəndinin yerlə-yeksan edilmiş məscid binasının xarabalıqlarına da baxıb, ermənilərin törətdikləri vəhşiliklərin bilavasitə şahidi olublar.

Nümayəndə heyətinin işğaldan azad olunmuş ərazilərə səfəri davam edir.

Salim bin Məhəmməd əl-Malikin başçılıq etdiyi nümayəndə heyətini Azərbaycanın mədəniyyət naziri Anar Kərimov, Azərbaycanın İSESKO yanında daimi nümayəndəsi Oqtay Qurbanov, ölkəmizin İSESKO üzrə milli komissiyasının baş katibi, Mədəniyyət Nazirliyinin administrasiya rəhbəri Vasif Eyvazzadə və xarici ölkələr üzrə əməkdaşlıq şöbəsinin müdiri İsa Məmmədov müşayiət edirlər.

Tarix
2021.01.12 / 15:02
Müəllif
Axar.az
Digər xəbərlər

Şimali Makedoniya prezidenti İlham Əliyevə zəng etdi

İrəvan anlamalıdır ki, sülhdən başqa alternativi yoxdur...

Kobaxidze Azərbaycana gəlir

Türkiyənin 31 vətəndaşı "arzuolunmaz şəxs" elan edildi

Bu halda Türkiyə ilə sərhəd açılmayacaq - Adamyan

Azərbaycanlı çoban Ermənistana keçdi

Bakıda Azərbaycan-AB Biznes Forumu keçirilir

Ermənistanın aldığı qırıcı nələrə qadirdir?

Təcili: Ermənistan bu ölkədən bu qırıcıları aldı - Video

Türkiyə-Azərbaycan gərginliyini kim yaradır? - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla