Yuxarı

Azərbaycanda İran Ticarət Evi yaradıla bilər

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının (ASK) prezidenti Məmməd Musayev İrannın Azərbaycana yeni təyin olunmuş səfiri Seyid Abbas Musəvi ilə görüşüb.

Axar.az Konfederasiyaya istinadən xəbər verir ki, görüşdə ölkələrimiz arasında iqtisadi əlaqələrin daha da genişləndirilməsi və bu məqsədlə özəl sektoru təmsil edən sahibkarların işbirliyinin artırılması yolları müzakirə edilib.

M.Musayev İranın iri biznesə dəstək təşkilatları ilə ASK arasında məhsuldar əməkdaşlıq münasibətlərinin qurulduğunu qeyd edib. Konfederasiya prezidenti işğaldan azad olunan ərazilərin böyük hissəsinin İranla Azərbaycan sərhəddinə düşdüyünü və bunun da həmin ərazilərdə investisiya üçün geniş imkanlar yaratdığını vurğulayıb.

Öz növbəsində, S.A.Musəvi hər iki dövlət başçılarının müdrik siyasəti nəticəsində münasibətlərin yüksək səviyyədə olduğunu, səfir kimi əsas fəaliyyət istiqamətinin ölkələrimiz arasında iqtisadi əlaqələrin genişləndirilməsinə yönələcəyini bildirib. O, Azərbaycanda İran Ticarət Evinin yaradılmasının, İran-Azərbaycan Müştərək Ticarət Palatasının fəaliyyətinin daha səmərəli şəkildə qurulması üçün səylərini artıracağını vurğulayıb.

Səfirin sözlərinə görə, ölkəmizə gəlməzdən öncə Azərbaycanla həmsərhəd olan İranın dörd vilayətinə səfər edib, orada fəaliyyət göstərən sahibkarlarla, ticarət-sənaye palatalarının rəhbərləri, eləcə də, İran Ticarət, Sənaye, Mədən və Kənd təsərrüfatı Palatasının rəhbərliyi ilə görüşüb. İran sahibkarları Azərbaycanla əlaqələr qurmaqda çox maraqlı olduqlarını bildiriblər.

Daha sonra, S.A.Musəvi Təbriz Ticarət və Sənaye Palatasının ASK ilə birgə video- konfrans keçirməkdə maraqlı olduqlarını görüş iştirakçılarının diqqətinə çatdırıb. O, Azərbaycanla həmsərhəd bölgələrdə fəaliyyət göstərən şirkətlərlə əlaqələrin qurulması üçün geniş imkanlar olduğunu və eyni zamanda, ixtisaslaşmış sərgilərin keçirilməsinə hazırlaşdıqlarını bəyan edib. İran məhsullarının həm quru, həm dəmiryolu, həm də dəniz vasitəsilə daşınması üçün müştərək şirkətlərin yaradılmasını təklif edib.

M. Musayev 2020-ci ilin dünya iqtisadiyyatı üçün çətin il olduğunu, lakin ölkəmizin iqtisadi dayanıqlığını qoruyub saxladığını, 30 illik işğala son qoyduğunu bildirib. O, Prezident İlham Əliyevin qonşu ölkələrlə qurduğu yüksək siyasi dostluq əlaqələrinin iqtisadi münasibətlərin inkişafı üçün böyük rol oynadığı söyləyib. Konfederasiya prezidenti hər iki ölkə arasında ticarət dövriyyəsinin artırılması üçün Ticarət Evinin açılmasının vacibliyini vurğulayaraq bunun üçün ASK-nın hər cür dəstək verməyə hazır olduğunu bildirib.

Həmçinin, M.Musayev Beynəlxalq Sənayeçilər və Sahibkarlar Konqresi haqqında qonaqlara məlumat verərək, orada sədr müavini olduğunu nəzərə çatdırıb. O, Konqresə üzv ölkələrə çıxış üçün iranlı sahibkarlara dəstək verməyə hazır olduğunu bildirərək, Rusiya-Azərbaycan-İran Biznes Şurası formatının yaradılmasını təklif edib.

S.A.Musəvi təkliflərə və səmərəli müzakirələrə görə ASK prezidentinə təşəkkürünü bildirib.

Tarix
2021.01.12 / 12:41
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Əliyev qan tökülmədən daha bir qələbə qazandı - Markov

Bakıya qarşı provokativ suala İran səfirinin cavabı

İrəvan 4 kəndi qaytardı – İran özünə “təskinlik” verdi

Klaardan Bakı-İrəvan razılaşması ilə bağlı açıqlama...

Rus sülhməramlıları çıxan kimi 4 kənd qayıtdı…

Qazaxın 4 kəndi qaytarıldı – Paşinyanın ofisinin izahatı

Sülhməramlıların çıxmasının şok səbəbi: Yayılmayan video?...

Onlar İtaliyadan nümunə götürməlidir - Bayramov

Bir güllə atmadan 4 kəndin qaytarılması… - İsti şərh

G7 Bakı və İrəvana çağırış etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla