Yuxarı

MN komissiya yaratdı: hansı müraciətlər var? - Video

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
MN komissiya yaratdı: hansı müraciətlər var? - Video

12:25

Səfərbərlikdən tərxis edilmiş şəxslərin qəbulunun keçirilməsi, onların müraciətlərinə vaxtında və obyektiv baxılmasının təmin edilməsi məqsədilə müdafiə naziri general-polkovnik Zakir Həsənovun müvafiq əmri ilə yaradılmış komissiyaya əsasən hansı müraciətlərin daxil olduğu açıqlanıb.

Axar.az xəbər verir ki, bu barədə Report-a Müdafiə Nazirliyinin mətbuat katibi Anar Eyvazov məlumat verib.

O bildirib ki, sistemli şəkildə müraciətlər yoxdur: “Lakin daha çox müraciətlər medallarla, hərbi biletlərdə müvafiq qeydiyyatların aparılması ilə bağlıdır. Komissiya üzvləri də bununla bağlı qeydiyyatlar aparırlar və lazımı köməkliklər göstərirlər”.

Nazirlik rəsmisi qeyd edib ki, komissiya indiyədək Silahlı Qüvvələrin Təlim Tədris Mərkəzində 532 müraciətə baxıb.

Onun sözlərinə görə, komissiyanın Füzulidə yerləşən səyyar qrupu tərəfindən isə 96 müraciətə baxılıb: “Vətəndaşlara lazımı qaydada köməkliklərin göstərilməsi üçün bütün tədbirlər görülür. Komissiya üzvləri 11 yanvar tarixindən bazar günü istisna olmaqla 09:00-dan 18:00-a qədər fəaliyyət göstərir”.

Tarix
2021.01.13 / 15:20
Müəllif
Axar.az
Digər xəbərlər

İlkin nəticələr açıqlandı: Orban uduzdu

Azərbaycanın İrandakı səfirliyi fəaliyyətini bərpa etdi

Mehriban Əliyeva xristian icmasını təbrik etdi

İran atəşkəsə getməklə taktiki üstünlüyünü itirdi

Paşinyan haqlıdır, onun hakimiyyətə gəlişi... - Politoloq

Bakıda dördüncü görüşün keçirilməsi... - Koçinyan

Yeddi aya yağan yağış iki gündə yağdı - Video

Nifrət nə qədər az olarsa, Bakı ilə sülhə aparan yol... - Aratyan

İrandan Azərbaycana təxliyə olunanların sayı...

Hikmət Hacıyev Ermənistan nümayəndələri ilə görüşdü

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla