Yuxarı

Bakıda daha iki prospekt və avtobus zolağı yaradıldı

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Bakıda daha iki prospekt və avtobus zolağı yaradıldı

Əsas ictimai nəqliyyat dəhlizlərindən olan Qara Qarayev prospekti-Məhəmməd Hadi küçəsi-Gəncə prospektlərindən 43 marşrut xətti üzrə 700-dən artıq avtobus qismən və ya tam olaraq hərəkət edir. Gündəlik olaraq bu avtobuslarla 570 min nəfərdən artıq sərnişin daşınır.

Bakı Nəqliyyat Agentliyindən Axar.az-a verilən məlumata görə, mövcud nəqliyyat şəraiti, sıxlıq və tıxaclar hər gün ictimai nəqliyyatdan istifadə edən yarım milyondan artıq sərnişinin lüzumsuz vaxt itkisinə məruz qalmasına səbəb olur. İndiki halda avtobuslar bu dəhlizi iki dəfə artıq vaxt sərf etməklə keçirlər. Pik saatlarda bu müddət daha da artır.

Sərnişinlərin rahatlığını təmin etmək, səyahət müddətini azalatmaqla onlara əlavə vaxt qazandırmaq məqsədilə dəhliz boyunca hər iki istiqamətdə avtobuslar üçün xüsusi zolaqlar təşkil edilib.

Zolaqların təşkili sayəsində avtobusların orta hərəkət sürəti artacaq, sərnişinlərin səyahət müddəti isə azalacaq. Avtobusların zolaq üzrə maneəsiz hərəkəti intervalın daha düzgün tənzimlənməsinə imkan verəcək. Bu da sərnişinlərin dayanacaqlarda toplu halında uzun müddətdə avtobus gözləməsi kimi hallar əhəmiyyətli dərəcədə azaldacaq.

Müntəzəm və ekspres xətlər üzrə avtobusların sərbəst hərəkətini təmin etmək mövcud pandemiya şəraitində xüsusi ilə əhəmiyyətlidir.

Qara Qarayev prospekti üzrə təşkil olunmuş avtobus zolaqlarında digər nəqliyyat vasitələrinin hərəkəti günün bütün saatları üzrə qadağan ediləcək. Məhəmməd Hadi küçəsi və Gəncə prospektində isə avtobus zolaqları yalnız pik saatlarda, yəni səhər saat 08:00-dan 10:00-a kimi, axşam saatlarında isə 17:00-dan 20:00-a kimi qüvvədə olacaq. Bu barədə yol nişanlarının altında qüvvədə olma saatlarını bildirən lövhələr də yerləşdirilməkdədir.

Avtobus zolaqları çəkilərkən mövcud “cib” tipli parklanma yerləri və taksi duracaq məntəqələri saxlanılıb, taksi minik avtomobillərinin və digər nəqliyyat vasitələrinin həmin taksi duracaq məntəqələrinə və parklanma yerlərinə daxil ola bilməsi üçün müvafiq nişanlanma xətləri vasitəsilə şərait yaradılıb. Həmçinin, həmin “cib” tipli parklanma yerləri müvafiq yol nişanları və nişanlanma xətləri ilə də təchiz edilib.

Sürücülərdən xahiş edirik ki, zolaqlarla bağlı yol nişanın tələbinə əməl etsinlər. Zolağın tələbinə əməl edib avtobusların sərbəst hərəkətinə imkan yaradacağınıza ümid edir və buna görə əvvəlcədən təşəkkürümüzü bildiririk.

Tarix
2021.01.14 / 20:15
Müəllif
Axar.az
Digər xəbərlər

Prezidentdən Füzuli ilə bağlı paylaşım - Video

Gəncədə törədilən növbəti terrordan beş il ötür

Putin və Şara nələri müzakirə edib? - Kremldən açıqlama

Mehdiyev dedi ki, Bakıda bir tualetim də yoxdur - Video

Mehdiyevin çevriliş cəhdində İmişli detalı - İlginc

Putin Düşənbədə Əliyevə Ramiz Mehdiyev haqda nələr deyib?

Fransa ilə anlaşılmazlığa səbəb olan məsələlər... - Prezident

İlham Əliyev Fransanın yeni səfirini qəbul etdi

Ramiz Mehdiyevin dövlət çevrilişi planını Rusiya ifşa edib - Şok

Tramp istəyir: Azərbaycan ordu göndərəcəkmi?

KULT
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla