Yuxarı

Şagirdlərimiz olimpiadada 15 medal qazandı

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Şagirdlərimiz olimpiadada 15 medal qazandı

7-12 yanvar 2021-ci il tarixlərində Qazaxıstanın Almatı şəhərində 17-ci Beynəlxalq Jautıkov Olimpiadasında “Azercell”in dəstəyilə ölkəmizi təmsil edən məktəblilərimiz yüksək nəticələr nümayiş etdiriblər.

Axar.az xəbər verir ki, riyaziyyat, fizika və informatika fənni üzrə təşkil edilən elm yarışında virtual formada iştirak edən komandalarımız ümumilikdə 15 medal qazanıblar. İnformatika fənni üzrə “Azercell”in dəstəyilə bu müsabiqəyə qoşulan məktəblilərimiz 3 medal əldə ediblər. Belə ki, Təhsil Nazirliyinin tabeliyindəki Fizika, riyaziyyat və informatika təmayüllü liseyin 11-ci sinif şagirdi Emin Orucov, Bakı şəhəri 269 nömrəli tam orta məktəbin 11-ci sinif şagirdi Amin Cəlilov və Gəncə şəhəri M.Əzizbəyov adına 15 nömrəli tam orta məktəbin 11-ci sinif şagirdi Əziz Hüseynov bürünc medal qazanıblar.

Qeyd edək ki, Beynəlxalq İnformatika Olimpiadası başda olmaqla informatika üzrə müxtəlifmiqyaslı beynəlxalq olimipiadalara hazırlıq prosesi “Azercell Telekom” və Azərbaycan Respublikasının Təhsil İnstitutu arasında imzalanmış əməkdaşlıq müqaviləsinə əsasən 2017-ci ildən etibarən “Azercell Telekom” MMC-nin dəstəyi ilə həyata keçirilir. Sözügedən müddətdə məktəblilərimiz Beynəlxalq İnformatika Olimpiadası, Asia Pasifik İnformatika Olimpiadası, Yeniyetmələrin Avropa İnformatika Olimpiadası, İnformatika fənni üzrə Beynəlxalq Payız Turniri, Beynəlxalq Meqapolislər Olimpiadası, Beynəlxalq Jautıkov Olimpiadası və bir çox müsabiqələrdə uğurla çıxış edərək, 1 qızıl, 6 gümüş və 18 bürünc olmaqla ümumilikdə 25 medal əldə ediblər.

Mobil operator gənclərin bilik və bacarıqlarının artırılmasına xidmət edən layihələr çərçivəsində Azərbaycanın müxtəlif bölgələrindən və paytaxt məktəblərindən onlarla şagirdin hazırlıq prosesinə cəlb edilməsinə yardımçı olub. Bütün bu uğurlu nəticələr, qazanılan medallar informatika üzrə istedadlı şagirdlərin aşkar edilməsi və onların dəstəklənməsi üçün təşəbbüslərin real nəticə verdiyini sübut edir.

Tarix
2021.01.15 / 23:31
Müəllif
Axar.az
Digər xəbərlər

Azərbaycanlıların da olduğu vurulan gəmidən görüntülər - Video

Heydər Əliyev Mərkəzi Slovakiya bayrağı ilə işıqlandırıldı

Azərbaycanlıların olduğu gəmi vuruldu, kapitan axtarılır

Pelleqrini Füzulidən təyyarə ilə Bakıya yola düşdü

İnsan haqları - təzyiq aləti kimi və Bakının cəsarətli mövqeyi

Qalmaqallı videoçarx silindi

Azərbaycan bunun formalaşmasına töhfə verir

Taleh Yüzbəyovun “dondurma və qadın” reklamı...

Blogerlər niyə Şuşa Forumuna dəvət olundu?

Qordon İlham Əliyevlə fotosunu paylaşdı

KULT
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla