Yuxarı

Xəzərə axıdılan tullantılarla bağlı məlumat bazası yaradılır

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Xəzərə axıdılan tullantılarla bağlı məlumat bazası yaradılır

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Xəzərə axıdılan sularla, bütün axınlarla bağlı məlumat bazası yaradıb.

Axar.az xəbər verir ki, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ekoloji siyasət şöbəsinin müdiri Rasim Səttarzadə nazirliyin Feysbuk səhifəsində yayımlanan “Ekspert saatı”nda deyib.

O bildirib ki, bu suların həcmi, keyfiyyət göstəriciləri, sayı inventarlaşdırılaraq xəritələşdirilib. Hər hansı bir qanun pozuntusu halı ilə əlaqədar tədbirlər görülür, müvafiq cərimə, iddia və dəymiş ziyanın ödənilməsi ilə bağlı aidiyyəti orqanlara müraciət olunur. 10-20 il əvvəl ilə müqayisədə Xəzər dənizinə təmizlənməmiş tullantı suların axıdılmasının səviyyəsi azalıb. Ancaq gün ərzində təkcə Abşeron yarımadasından dənizə təxminən 1 milyon kubmetr təmizlənməmiş su daxil olur. Sözsüz ki, müvafiq qurumlar tərəfindən bunun azaldıması istiqamətində tədbirlər görülür - təmizləyici qurğuların qurulması, köhnə təmizləyici qurğuların reabilitasiyası, təkmilləşdirilməsi, təmir olunması və s.

Tarix
2021.01.19 / 18:12
Müəllif
Axar.az
Digər xəbərlər

Azərbaycanda büdcə layihəsi ilə bağlı əlavə risklər açıqlandı

Rusiya Ukrayna üçün xəritə “cızdı” - Foto

Türkiyə ilə sərhədlərin tam açılmasına çox yaxınıq - Nikol

İran rejiminin süqutu başlayıbmı?

Quterreşdən anlamlı çıxış: Belə sülh qura bilməzsiniz...

Türkiyəni işğaldan İran xilas edib? - Qalmaqal böyüdü

Dövlət müəssisələrinin borclanmasına limit qoyulacaq

"Avronyus" İlham Əliyevin Dublin səfərindən yazdı

Bu, Bakı ilə münasibətlərdə yeni fəsil açacaq - Vud

Hacıyevin işdən çıxarılmasının səbəbi - İşdə sevgi macərası

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla