Yuxarı

Bu məhsulun idxalı, satışı buna görə qadağan edildi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Bu məhsulun idxalı, satışı buna görə qadağan edildi

Paytaxt küçələrinə baxdıqda polietilen torbaların, birdəfəlik istifadə üçün nəzərdə tutulan plastik çəngəl, qaşıq, bıçaq, qarışdırıcı çubuq, boşqab və stəkanların atıldığını görürük. Təəssüf ki, bu kimi tullantıların məhvi heç də asan deyil və ekoloji sistemə vurduğu zərər böyükdür.

Bunu Axar.az-a ekoloq Telman Zeynalov 2021-ci il yanvarın 1-dən qalınlığı 15 mikronadək olan polietilen torbaların, iyulun 1-dən isə birdəfəlik istifadə üçün nəzərdə tutulan plastik çəngəl, qaşıq, bıçaq, qarışdırıcı çubuq, boşqab və stəkanların sahibkarlar tərəfindən istehsalı və idxalı, həmçinin ticarət, ictimai iaşə və digər xidmət obyektlərində istehlakçıya satılması və ya xidmət zamanı istifadəsinin qadağan edilməsini şərh edərkən deyib.

O bildirib ki, bu qərar ətraf mühitin çirklənməsi və ekoloji vəziyyətin yaxşılaşdırılması baxımından müsbətdir:

“Ətraf mühitin mühafizəsi haqqında" Azərbaycan Respublikasının Qanununa edilən 26 noyabr 2020-ci il tarixli dəyişikliyə əsasən həmin Qanunun 46-cı maddəsində qalınlığı 15 mikronadək olan polietilen torbaların, birdəfəlik istifadə üçün nəzərdə tutulan plastik çəngəl, qaşıq, bıçaq, qarışdırıcı çubuq, boşqab və stəkanların idxalına qadağa qoyulub. Ümumiyyətlə, ekologiya sahəsində verilən qərarların qanunla təsdiqlənməsi müsbət haldır.

Ölkəyə polietilen torbaların, plastik çəngəl, qaşıq, bıçaq, qarışdırıcı çubuq, boşqab və stəkanlarının idxalı dayandırılmalıdır. Xüsusilə polietilen torbaların, tək istifadəlik plastik məhsulların tullandıqdan sonra məhv edilməsi çox çətindir. Məhv edildikdə belə atmosferə ziyanı var. Bu mənada ən yaxşı vasitə onlardan imtina edilməsidir. Ölkə başçısının da bu istiqamətdə müvafiq tapşırıqları olub.

Düşünürəm, verilən bu qərar vacibdir, lakin qərardan əlavə buna riayət edilməsinə də diqqət edilməlidir. Xüsusilə bəzi işbazların gizli şəkildə bu məmulatları ölkəyə daxil etməsinə və istifadəsinə qəti yol vermək olmaz. Qanuna qarşı gələn şəxslər, sahibkarlar sərt şəkildə cəzalandırılmalıdır”.

Tarix
2021.01.21 / 08:45
Müəllif
Gülnarə Kazımova
Digər xəbərlər

İsrailin Azərbaycandakı sabiq səfirinə vəzifə verildi - Foto

Laçın postunun qurulmasının Zəfər tarixində strateji əhəmiyyəti

İran səfiri İlham Əliyevə təşəkkür etdi

Azərbaycan XİN Türkiyəni təbrik etdi

Baltik regionu ilə Cənubi Qafqaz arasında əməkdaşlıq...

Paşinyan Anna ilə barışdı

Xəzər dənizindəki limanlara hücum... – İran səfiri

Hörmüz boğazı İran üçün ikitərəfli riskə çevrildi

Edqars Rinkeviçsin Azərbaycana səfəri başa çatdı

Ermənilərin bizdən aldıqları insanı dəhşətə gətirir...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla