Yuxarı

Paşayev: Palçıq vulkanları təhlükəlidir

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Son dövrlər ölkəmizdə seysmik aktivlik artdığına görə tez-tez palçıq vulkanlarının püskürməsi müşahidə olunur. Budəfəki püskürmə Şamaxının Quşçu kəndi ərazisindəki palçıq vulkanında baş verib. Bu püskürmə də təsadüfi deyil. Ərazidə bir neçə gün bundan əvvəl seysmoaktivlik qeydə alınıb ki, bu da palçıq vulkanın aktivləşməsində təkan rolunu oynayıb.

Axar.az xəbər verir ki, bunu Bakı və Abşeron yarımadasının palçıq vulkanları qrupu Dövlət Təbiət Qoruğunun direktoru Ceyhun Paşayev deyib.

“Quşçu palçıq vulkanının budəfəki püskürməsinə nəzər yetirsək görərik ki, xaric olunmuş süxurlar bərk haldadır. Qeyd edək ki, digər püskürmələr zamanı xaric olunmuş məhsulların tərkibində suyun konsentrasiyası çox olduğu və həmin məhsullar nisbətən daha hərəkətli olduğu üçün daha geniş ərazilərə yayılır. Bu dəfə isə qalaq formasında bir ərazidə toplanaraq nisbətən hündür kütlə yaradıb. Hesablamalar nəticəsində fərqli məsafə və hündürlüklər qeydə alınıb. Xaric olunmuş vulkan məhsulu 3 hektar əraziyə yayılıb, həcmi isə 27 min kubmetr təşkil edib”, - deyə C.Paşayev bildirib.

Azərbaycan palçıq vulkanlarının klassik diyarı kimi dünyada məşhur olduğunu söyləyən qoruğunun direktoru deyib ki, dünyanın 42 ölkəsində 2500-dən çox palçıq vulkanı vardır. Azərbaycanda isə 350-dən çox palçıq vulkanı qeydə alınıb. Ümumiyyətlə ölkəmizdə palçıq vulkanlarının bütün növlərinə rast gəlmək mümkündür. Palçıq vulkanlarının püskürmə intervallarına görə ölkəmiz dünyada liderliyini qoruyur.

Palçıq vulkanları çox maraqlı seysmik proses olduğunu bildirəm Ceyhun Paşayev deyib: “Palçıq vulkanlarının püskürmə vaxtlarının proqnozlaşdırılması mümkün deyil. Digər seysmik proseslər kimi palçıq vulkanları da təhlükəlidir. Çünki onlar püskürdüyü zaman bəzən hündürlüyü 500 metrdən yuxarı olan alov sütunu ilə müşahidə olunur. Yerin dərin qatlarından bərk süxurlar xaric olunur və hündür məsafələrə atılır. Ərazi boyunca palçıq vulkanlarının episentrindən kənarlara doğru çoxsaylı radial və konsentrik çatlar yaranır ki, bu da təhlükəli məqamlardan hesab olunur.

Palçıq vulkanları öyrənilməsi çox vacib olan sahədir. Təsadüfi deyil ki, palçıq vulkanlarını pulsuz başa gələn kəşfiyyat quyusu hesab edirlər və ona görə də gələcəkdə bu sahənin öyrənilməsi aktual məsələyə çevrilib. Ümumiyyətlə palçıq vulkanları bir çox sahələrdə öz əhəmiyyətini saxlayır. Geoloqlar üçün hazır kəşfiyyat quyusu hesab olunan palçıq vulkanları görünüşünə və qeyri-adi təbiət hadisəsi olmasına görə zəngin ekoturizm potensialına malikdir. Yaxın gələcəkdə palçıq vulkanlarının həmin potensialından mütləq istifadə olunacaq”.

Tarix
2021.01.24 / 18:37
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Nazir həbs olunan müdirin yerinə Ağayevi təyin etdi

Ermənistan niyə Azərbaycandan qaz almaq istəyir?

İlham Əliyevin Berlin səfəri başa çatdı - Foto

Ağdamda minalardan təmizləmə ilə bağlı iclas keçirildi

Əliyev və Şolts medianın suallarını cavablandırdı - Foto

İlham Əliyevlə Ştaynmayerin geniş tərkibdə görüşü oldu

Prezident BƏƏ naziri ilə görüşdü

Kəmaləddin Heydərov müşavirə keçirdi

Əliyevin Ştaynmayerlə təkbətək görüşü keçirildi

Qazaxıstanın hərbi mütəxəssisləri ilə görüş keçirildi - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla