Yuxarı

Qoşqar Təhməzli Almabek Marsla görüşdü

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Qoşqar Təhməzli Almabek Marsla görüşdü

Yanvarın 26-da Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədri Qoşqar Təhməzlinin rəhbərlik etdiyi nümayəndə heyəti ilə Qazaxıstan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Aqrar Sənaye Kompleksinin Dövlət Müfəttişliyi Komitəsinin sədri Almabek Mars arasında videokonfrans formatında görüş keçirilib.

AQTA-dan Axar.az-a verilən məlumata görə, görüşdə Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin, İqtisadiyyat Nazirliyinin məsul şəxsləri, o cümlədən Azərbaycanın Qazaxıstandakı səfiri Rəşad Məmmədov iştirak edib.

Azərbaycandan Qazaxıstana pomidor ixracına qoyulan məhdudiyyətlərin aradan qaldırılması ilə bağlı həyata keçirilən tədbirlərə həsr olunan görüşdə AQTA sədri Qoşqar Təhməzli Qazaxıstanla yanaşı 2020-ci ildə dünyanın bir çox ölkələrinə ixrac olunan pomidor məhsulunda məhdudiyyətin tətbiq olunması üçün əsas gətirilən virusun aşkarlanmadığını diqqətə çatdırıb. Q.Təhməzli yük partiyalarından götürülən nümunələrin Agentliyin tabeliyində fəaliyyət göstərən Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun, həmçinin Türkiyə Respublikasının Ankara şəhərində fəaliyyət göstərən və beynəlxalq akkreditasiyadan keçmiş laboratoriyalarda təkrar müayinələrə cəlb olunduğunu və qeyd olunan virusun aşkarlanmadığını bildirib.

Görüşdə istixanalarda aparılan monitorinqlərin nəticələri və iddia olunan virusun aşkarlanmadığını əks etdirən sənədlərin Qazaxıstan tərəfinə göndərilməsi, həmçinin Azərbaycandan bu ölkəyə idxal olunan pomidor məhsulu partiyaları üzərində əlavə nəzarət tədbirlərinin həyata keçirilməsi üçün birgə işçi qrupunun yaradılması ilə bağlı razılıq əldə olunub.

İki ölkə arasında bitki sağlamlığı sahəsində əməkdaşlığın hazırkı vəziyyətini yüksək qiymətləndirən Qazaxıstan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Aqrar Sənaye Kompleksinin Dövlət Müfəttişliyi Komitəsinin sədri Almabek Mars bu istiqamətdə birgə fəaliyyətin gələcəkdə daha da inkişaf etdirilməsinin vacibliyini vurğulayıb.

Tarix
2021.01.26 / 20:28
Müəllif
Axar.az
Digər xəbərlər

Fulya Leyla Əliyeva ilə videosunu bu mahnı ilə paylaşdı

Leyla Əliyeva COP31 çərçivəsində mühüm görüş keçirdi

Avropanın Azərbaycana marağı niyə artır? - Momınkulov

Leyla Əliyeva Xəzər dənizinə aid problemləri qabartdı

Dünya prezidenti olsaydınız, nəyi dəyişərdiniz? - Əliyevin cavabı

Orta aylıq əmək haqqı nə qədər artacaq?

Ölkədə bəzi dövlət müəssisələri ləğv oluna bilər

Türkiyə İsrail üçün yeni bir İrandır... - Qal

Azərbaycanda büdcə layihəsi ilə bağlı əlavə risklər açıqlandı

Rusiya Ukrayna üçün xəritə “cızdı” - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla