Yuxarı

İpoteka kreditləri alanların nəzərinə: Dəyişiklik...

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
İpoteka kreditləri alanların nəzərinə: Dəyişiklik...

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 16 noyabr tarixli 464 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondunun vəsaiti hesabına verilən ipoteka krediti, o cümlədən güzəştli ipoteka krediti üzrə borcalanın (borcalanların) aylıq məcmu gəlirinin hesablanması Qaydası”nda dəyişiklik edilib.

Axar.az xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb.

Sözügedən layihə işçilərin formal məşğulluğa marağının artırılması məqsədilə ipoteka kreditlərinin verilməsində muzdlu işlə əlaqədar əldə edilən, yəni əmək fəaliyyəti ilə məşğul olan şəxslərə vəzifə maaşından əlavə ödənilən bonuslar, mükafatlar və maddi həvəsləndirmənin digər formaları üzrə ödənişlər də daxil olmaqla, bütün gəlirlərin stimullaşdırıcı amil kimi nəzərə alınması imkanlarının genişləndirilməsi məqsədilə hazırlanıb.

Layihədə muzdlu işlə əlaqədar əldə edilən gəlirlərin Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Sığorta” altsisteminin məlumatları əsasında müəyyən edilməsi qeyd edilib ki, bu da öz növbəsində ipoteka krediti üçün müraciət etmiş şəxslərin rəsmi gəlirlərinin tam məbləğinin müəyyən edilməsinə şərait yaradacaq.

Belə ki, muzdlu (muzdla işləyənlər (muzdlu işçilər) - müxtəlif mülkiyyət formalı müəssisənin, idarənin, təşkilatın rəhbəri ilə və ya ayrı-ayrı şəxslərlə əmək şəraiti və əmək ödənişi haqqında daimi, müvəqqəti və ya mövsümi əmək müqaviləsi bağlamış bütün işçilərdir) əmək fəaliyyəti ilə məşğul olan şəxslərə vəzifə maaşından əlavə ödənilən bonuslar, mükafatlar və maddi həvəsləndirmənin digər formaları məcburi dövlət sosial sığortaya cəlb olunan gəlir növləri hesab edildiyindən Nazirliyin “Sığorta” altsistemində əks olunur. Məhz bu səbəbdən “Sığorta” altsistemdən istifadə real gəlirlərin müəyyən olunmasına, eyni zamanda gəlirlərin tam məbləğinin bəyan edilməsinə şərait yaratmaqla formal məşğulluğa keçidi təmin etməkdə stimullaşdırıcı amil rolunu oynayacaq.

Tarix
2021.02.23 / 13:45
Müəllif
Axar.az
Digər xəbərlər

Corciya Meloni İlham Əliyevə təşəkkür etdi

General: Azərbaycana saldıranlar ağlını başına yığsın! - Video

44 günlük müharibənin ən mühüm nəticəsi... – Solonnikov

FHN rəhbərliyi Zəfər parkında - Video

Ərdoğandan Anım Günü ilə bağlı paylaşım

Azərbaycanla qardaşlığımız daim var olsun - Duran

Dövlət və hökumət rəsmiləri Zəfər parkında - Foto

Tanınmış türk alim Azərbaycana hücuma görə üzr istədi

Gürcüstanla Azərbaycan arasında gərginlik... - Kobaxidze

Şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edildi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla