Yuxarı

Qardaş ölkə nümayəndələri bir araya gəldi - Foto

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Qardaş ölkə nümayəndələri bir araya gəldi - Foto

Beynəlxalq Türk Akademiyası və Türkiyə Cümhuriyyəti Xarici İşlər Nazirliyinin Strateji Araşdırmalar Mərkəzinin təşkilatçılığı ilə "Türk respublikalarının müstəqilliyinin 30-cu ildönümü: Dünən, bu gün və sabah" mövzusunda beynəlxalq onlayn seminar keçirilib.

Axar.az xəbər verir ki, seminarda Beynəlxalq Türk Akademiyasının prezidenti Darxan Kıdırəli, Türkiyə Xarici İşlər Nazirinin müavini Yavuz Səlim Kıran, Türk Şurası ilk Baş katibi Halil Akıncı, TÜRKSOY-un Baş katibi Düsen Kaseinov, Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva, Türk Şurası Baş katibinin müavini Sultan Rayev, TÜRKPA Baş katibinin müavini Ali Yıldız, Türkiyə XİN-nin Strateji Araşdırmalar Mərkəzinin rəhbəri Ufuk Ulutaş, Türkiyə Prezident Administrasiyasının Təhlükəsizlik və Xarici Siyasət Komissiyasının üzvü Aygün Attar, UNESKO Türkiyə Milli Komitəsinin sədri Öcal Oğuz və digərləri Türk respublikalarının keşməkeşli müstəqillik yolu, 30 ildə əldə olunan uğurlar barədə məruzələrlə çıxış ediblər.

Tədbirdə Türk dövlətlərinin daha da yaxınlaşmasına xidmət edən ortaq beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığın daha geniş perspektivdə inkişaf etdirilməsinin əsas hədəf olduğu bildirilib.

Beynəlxalq seminarda həmçinin, qardaş ölkələr arasında daha sıx bir inteqrasiyanın təmin edilməsi istiqamətində müzakirələr aparılıb və əhəmiyyətli təkliflər irəli sürülüb.

Tarix
2021.02.25 / 11:22
Müəllif
Axar.az
Digər xəbərlər

İsraildə seçkinin ilkin nəticəsi - Netanyahu uduzur

Bərdədəki terrordan 6 il ötür

Yaşar Gülərdən Azərbaycanla bağlı mühüm mesaj..

AMEA rəhbərliyi Ramiz Mehdiyevlə bağlı iclas çağıracaq

Ramiz Mehdiyevin müsadirə edilən əmlakları - Siyahı

AB indi də Dehliyə ümid edir: Putin onu eşitməyəcək!

Ramiz Mehdiyevin əmlakları müsadirə edildi, təltifləri isə...

Baxçalıdan Azərbaycan açıqlaması: Türk dünyasının gücü...

Bakıda mühüm tədbir: Prezident çıxış etdi - Foto

Fransa ən elementar siyasi tələbi təhlükə kimi görür - Abbasov

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla