Yuxarı

Naxçıvanda Xocalı ilə bağlı konfrans keçirildi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Naxçıvanda Xocalı ilə bağlı konfrans keçirildi

Ermənilərin azərbaycanlılara qarşı əsrlər boyu həyata keçirdikləri soyqırımı və etnik təmizləmə siyasəti onların “böyük Ermənistan” yaratmaq xülyasına xidmət edən cinayət əməlləridir. Xocalı soyqırımı bunun növbəti qanlı nümunəsidir.

AMEA Naxçıvan Bölməsinin mətbuat xidmətindən Axar.az-a bildirilib ki, bu sözləri bölmənin sədri, akademik İsmayıl Hacıyev “Xocalı faciəsi: səbəbləri, nəticəsi və dərsləri” mövzusunda keçirilən konfransda deyib.

Əvvəlcə Xocalı soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Akademik İsmayıl Hacıyev çıxışında ermənilərin məqsədli şəkildə Azərbaycan torpaqlarına köçürülməsi, Dağlıq Qarabağ münaqişəsinin meydana gəlməsi, azərbaycanlıların doğma torpaqlarından deportasiyası məsələlərinə toxunub. Mənfur ermənilərin xalqımıza qarşı ən qəddar zorakılıq üsullarından istifadə etməklə misli görünməmiş cinayətlər törətdiyini deyən bölmə sədri 44 günlük Vətən müharibəsində Azərbaycan Ordusunun şanlı zəfərindən danışıb. Dövlətimizin iqtisadi gücünün, hərbi potensialının və beynəlxalq aləmdə nüfuzunun artdığını, ölkəmizin hərtərəfli inkişafa nail olduğunu qeyd edən akademik erməni vandalizmi qurbanlarının qisasının alındığını söyləyib.

Tədbirdə AMEA Naxçıvan Bölməsinin əməkdaşları - tarix üzrə fəlsəfə doktoru, dosent Asəf Orucov “Xocalı faciəsi ərəfəsində Azərbaycanda ictimai-siyasi vəziyyət” mövzusunda məruzəsində soyqırımı ərəfəsində ölkədə mövcud olan ağır ictimai-siyasi vəziyyətdən, səriştəsiz rəhbərlərin idarəçilik qabiliyyətinin olmaması səbəbindən xalqın düçar olduğu bəlalardan bəhs edib.

Tarix üzrə fəlsəfə doktoru, dosent Emin Şıxəliyev “İnsanlığa qarşı cinayət: Xocalı faciəsi” sərlövhəli məruzəsində müxtəlif dövrlərdə xalqımıza qarşı törədilən cinayətlərə toxunub, 1992-ci il fevralın 17-də Xocavənd rayonunun Qaradağlı kəndində qəddarlıqla həyata keçirilən soyqırımı - Qaradağlı faciəsini xatırladıb. O, bu faciədən qısa müddət sonra Xocalıda törədilən amansız qətliamın baş vermə səbəblərindən danışıb. Tədqiqatçı 1905-ci, 1906-cı, 1917-ci və 1918-ci illərdə Xocalının erməni təcavüzünə məruz qaldığını vurğulayaraq, onun mühüm geostrateji mövqeyindən bəhs edib. Vurğulanıb ki, Azərbaycan tarixinin ən ağrılı səhifələrindən olan Qaradağlı və Xocalı faciələri dinc əhaliyə qarşı törədilmiş soyqırımlardır.

Filologiya üzrə fəlsəfə doktoru, dosent Ramiz Qasımov “Xocalı faciəsi ədəbiyyatda” mövzusunda məruzəsində Xocalı faciəsinin bədii ədəbiyyat nümunələrində real təsvirinin oxucularda bədii yaddaş formalaşdırdığını, gənc nəsildə milli vətənpərvərlik hissi aşıladığını diqqətə çatdırıb. Ədəbiyyatın sərhəd tanımadığını qeyd edən məruzəçi Xocalı faciəsinə həsr olunmuş bədii nümunələri səsləndirib.

Tarix
2021.02.25 / 20:44
Müəllif
Axar.az
Digər xəbərlər

Azərbaycan-ABŞ strateji tərəfdaşlığı müzakirə edildi

Azərbaycan şəhəri bu şəhərlə qardaşlaşa bilər

Qriqoryandan demarkasiya ilə bağlı açıqlama

Bu sülh prosesi Cənubi Qafqaz üçün vacibdir - Boçorişvili

Sikorskinin dünyanı silkələyən çıxışı: Sergey, bosuna de... - Video

Azərbaycan Fələstin dövlətçiliyinə dəstəyini bir daha təsdiqlədi

Ceyhun Bayramov Ferid Hoxa ilə görüşdü

Bunu Azərbaycandan alacağıq, Türkiyə ilə də... - Simonyan

BMT kürsüsündən İranı “məhv etmək”lə hədələdi...

Oğlumla gəlinim buna görə istintaqa cəlb olunmuşdular

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla