Yuxarı

Şurada nöqsanlar aşkarlandı: kimlər cəzalanacaq?

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Şurada nöqsanlar aşkarlandı: kimlər cəzalanacaq?

Azərbaycan Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına (QHT) Dövlət Dəstəyi Şurasında Hesablama Palatasının keçirdiyi yoxlamalar zamanı nöqsanların aşkarlanması təbii ki, normal haldır.

Bunu Axar.az-a Hesablama Palatasının Şurada nöqsanlar aşkarlamasına münasibət bildirən Şura Katibliyinin icraçı direktoru Fərasət Qurbanov deyib. O bildirib ki, il ərzində 500-dən çox layihə maliyyələşir və burada nöqsanların olması qaçılmazdır:

“Adətən dövlət büdcəsindən maliyyələşən qurumlar və təşkilatlarda Hesablama Palatası tərəfindən yoxlamalar aparılır. Bu iş büdcədən ayrılan vəsaitin istifadəsinə nəzarət məqsədilə icra edilir. Təbii ki, bu yoxlamalar normal qarşılanmalıdır. Dövlət vəsaitinin istifadə olunmasında şəffaflıq qorunmalı və hər şey açıq olmalıdır. Şura da öz fəaliyyətini şəffaflıqla davam etdirib və buna hər zaman diqqət yetirib. Təbii ki, iş olan yerdə müəyyən nöqsanların da olması mümkündür. Hesab edirəm ki, burada qeyri-adi heç bir şey baş verməyib. Şurada yoxlamalar aparılıb və biz də bunu normal qarşılayırıq. Şuranın layihələr çərçivəsində 1000-ə yaxın QHT ilə təması olur. İl ərzində 500-dən çox layihə maliyyələşir. Burada nöqsanların olması təbii ki, normaldır. Burada olan nöqsanların hamısı bizə bildirildikdən sonra onların aradan qaldırılması tərəfimizdən təmin olunmalıdır”.

Fərasət Qurbanov yoxlamalar zamanı ciddi nöqsanların olması, buna görə bir neçə əməkdaşın cəzalandırılması və işə hüquq-mühafizə orqanlarının qarışması barədə yayılan iddiaların doğru olmadığını bildirib:

“Bu kimi iddiaların hamısı əsassızdır. Hələlik proses davam edir. Ciddi nöqsanlar olması, hüquq-mühafizə orqanlarının işə qarışması kimi irəli sürülən iddialarla bağlı konkret fakt mövcud deyil. Yoxlamalar başa çatmamış Şuradakı nöqsanların nədən ibarət olması barədə danışmaq isə hələ ki, tezdir. Hansı sahədə nöqsan olacaqsa, onlarla barədə ətraflı məlumat veriləcək”.

Qeyd edək ki, Hesablama Palatasının Azərbaycan Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasında həyata keçirdiyi yoxlamalarda nöqsanlar aşkarlanıb və yoxlama ilə bağlı rəy Milli Məclisə göndərilib.

Şuranın sədri millət vəkili, ATƏT PA-nın vitse-prezidenti Azay Quliyevdir.

Tarix
2021.03.01 / 16:28
Müəllif
Nərmin Əkbərli
Digər xəbərlər

Azərbaycan və Belarus arasında məsləhətləşmələr aparıldı

Türk yazarın İlham Əliyev haqda yazdığı tərbiyəsiz yazı...

Ceyhun Bayramov Mirziyayevlə görüşdü

Bakı ilə barışıq və Əliyevin qətiyyəti… - Kalaçev

Mehdiyev işində sürpriz adlar - Hədəfdə onlardır

Bu rayonların icra başçısı yoxdur

Trampın Asiya turu: ABŞ bu ölkəni itirir

Britaniya ilə əməkdaşlıq planı imzalandı - Foto

İsrail bombalayırsa, Azərbaycan niyə ordu göndərməlidir?

Qabil, Tural, Məhəmməd Bakıya gətirilir

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla