Yuxarı

Fond açıqladı: Bu qazilərimiz diqqət mərkəzindədir

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Fond açıqladı: Bu qazilərimiz diqqət mərkəzindədir

YAŞAT Fondu son günlər sosial şəbəkələrdə qazilərimiz Cahangir Əliyev, Hüseyn Mustafayev, Səbuhi Hüseynli ilə bağlı yayılan məlumatlara münasibət bildirib.

YAŞAT Fondundan Axar.az-a bildirilib ki, hər üç qazimiz YAŞAT Fondunun diqqət mərkəzindədir:

"Onların hər birinin səhhətinə xüsusi həssaslıqla yanaşırıq. Qazimiz Cahangir Əliyevin ailəsi YAŞAT Fonduna qazimizin müalicəsinin getdiyini, tibbi zərurətlə bağlı yox, maddi yardım istədiyini bildirib və Fond tərəfindən seçilən istiqamət üzrə ailəyə maddi yardım edilib. Buna baxmayaraq qazimiz YAŞAT Fondunun təşəbbüsü ilə Türkiyədən və İsraildən dəvət olunan həkim heyəti tərəfindən müayinə olunub. Müayinə nəticələri əsasında müvafiq qərar qəbul ediləcəkdir. Hazırda isə qazimizin Silahlı Qüvvələrin Baş Klinik Hospitalında müalicəsi davam etdirilir.

Qazimiz Hüseyn Mustafayev Türkiyədən dəvət olunan həkim heyəti tərəfindən müayinə olunub və həkim rəyinə əsasən xaricə təyyarə ilə aparılması həyatı risk daşıyır. Ancaq ailəsi onun Türkiyədə müalicə olunmasında israr etdiyi üçün ailənin məsuliyyəti və yazılı razılığı əsasında qazimizin yaxın günlərdə müalicə və reabilitasiya prosesi ilə bağlı xüsusi ambulans vasitəsilə Türkiyəyə göndərilməsi nəzərdə tutulub.

Qazimiz Səbuhi Hüseynli Türkiyədən dəvət olunan həkim heyəti tərəfindən müayinə olunub və həkim rəyinə əsasən hələ də komada olduğundan müalicə üçün xaricə göndərilməsi çox riskli hesab olunur. Bu səbəbdən qazimizin beyin əməliyyatı üçün YAŞAT Fondu tərəfindən Türkiyədən xüsusi həkim gətiriləcəkdir.

Allah qazilərimizə şəfa versin!"

Tarix
2021.03.01 / 18:14
Müəllif
Axar.az
Digər xəbərlər

Biz qürurlu millətə çevrildik - xoşbəxt xalqıq!

Bu gün Xankəndi, Xocalı, Xocavənd və Ağdərə günüdür

“Əsrin müqaviləsi”nin imzalanmasından 32 il keçir

Prezidentdən Dövlət Suverenliyi Günü ilə bağlı videoçarx

Azərbaycanda Dövlət Suverenliyi Günüdür

Nə qədər ki Bakı ilə sülh var, Rusiya... - Paşinyan

Mehriban Əliyeva bu sözlərlə xalqı təbrik etdi

Şahməddin Abdullayevə yüksək vəzifə verildi

Bu əməliyyat dünya tarixində görünməmiş hadisədir

Antiterror əməliyyatına Ermənistan müdaxilə etsəydi...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla