Yuxarı

AZAL-dan ləğv edilmiş reyslərlə bağlı - Açıqlama

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
AZAL-dan ləğv edilmiş reyslərlə bağlı - Açıqlama

Azərbaycan Hava Yolları QSC (AZAL) koronavirus (COVID-19) pandemiyasına görə ləğv edilən reyslərin biletlərinin yenidən təxsis edilməsi şərtlərini açıqlayıb.

Axar.az Report-a istinadən xəbər verir ki, aviaşirkət və onun aşağıbüdcəli törəməsi - "Buta Eyrveys"in ləğv edilmiş reyslərinə bilet almış sərnişinlərə həmin biletləri aviadaşıyıcıların hazırda yerinə yetirilən xüsusi reyslərinə yenidən təxsis etməyə icazə verilir.

Belə ki, AZAL sərnişinlərinə, uçuş tarixini dəyişməklə, lakin əvvəlki hərəkət marşrutunu saxlamaqla, bileti ödənişsiz yenidən rəsmiləşdirməyi təklif edir. Tariflər arasındakı fərqi ödəyərək sərnişinlər aviaşirkətin bütün hazırkı istiqamətləri üzrə uçuş marşrutunu dəyişə bilərlər.

"Buta Eyrveys"in ləğv edilmiş reyslərinin biletlərini alan sərnişinlər isə tariflər arasındakı fərqi ödəyərək, həmçinin həmin biletləri AZAL-ın xüsusi reyslərinə yenidən rəsmiləşdirə bilərlər.

"Buta Eyrveys" aviaşirkətinin ləğv edilən reyslərinin biletlərini alan sərnişinlər həmin biletləri əlavə ödəniş etmədən, aşağıbüdcəli aviaşirkətin hazırkı xüsusi reyslərinə (istənilən istiqamət) yenidən təxsis edə bilərlər.

AZAL və "Buta Eyrveys" sərnişinləri biletlərin dəyişdirilməsi üçün müvafiq olaraq [email protected][email protected] ünvanları vasitəsilə, həmçinin müvafiq olaraq https://help.azal.az/hc/az/requests/new və https://help.butaairways.az/hc/az/requests/new linkləri ilə geri əlaqə forması vasitəsilə aviaşirkətlərin çağrı mərkəzlərinə və ya aviabiletlərin alındığı yer üzrə müraciət edə bilərlər.

Hər iki aviaşirkətin sərnişinləri yalnız bir dəfə aviabileti ödənişsiz yenidən təxsis edə bilər.

Aviabiletin dəyərinin qaytarılmasına alternativ olaraq vauçer formasında sənəd təklif olunur. Həmin vauçeri ilkin aviabiletin əldə edildiyi tarixdən iki il ərzində istifadə etmək mümkündür.

Vauçer AZAL və "Buta Eyrveys" aviaşirkətlərinin bütün istiqamətləri üzrə biletlərin alınması üçün etibarlıdır.

Tarix
2021.03.02 / 17:55
Müəllif
Axar.az
Digər xəbərlər

"Hürkuş"ların Azərbaycana ixracı nə vaxt baş tutacaq?

Arakçı Azərbaycana belə təşəkkür etdi

Daha bir ölkə F-35-ə “əlvida” deyir - Türkiyə kimi...

Daha bir ölkə savaşa girdi: Dünyanın yolu dəyişir

Şimali Kiprin baş naziri Bakıya gəlir

Uitkoff mühüm forumda İlham Əliyevdən danışdı - Video

Bayramov Mirzoyanla danışdı

Türkiyə və Naxçıvana hücum: göstəriş verənlərin kimliyi...

Putin buna görə İlham Əliyevə təşəkkür etdi

Rusiya buna görə Azərbaycana təşəkkür etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla