Yuxarı

Kür daşqınından əziyyət çəkən evlərə qaz verildi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Kür daşqınından əziyyət çəkən evlərə qaz verildi

“Azəriqaz” İstehsalat Birliyi (İB) respublikanın yaşayış məntəqələrinə istehlakçıların qaz təchizatının yaxşılaşdırılması, qaz kəmərlərinin və avadanlıqların yenidən qurulması istiqamətində 2021-ci ildə də işləri davam etdirir.

İB-dən Axar.az-a bildirilib ki, 2010-cu ildə Kür çayının daşması nəticəsində Salyan şəhəri, Ə.Quliyev küçəsində zərər görən evlərin əvəzində dövlət tərəfindən inşa edilərək sakinlərə təhvil verilmiş evlərin qazlaşdırılması ilə əlaqədar bu ilin yanvar ayında başlanılan tikinti-quraşdırma işləri başa çatıb. “Gilan evləri” adlanan yeni massivdə mövcud olan 118 fərdi yaşayış evinin 10-u indiyədək sakinlərin öz vəsaiti hesabına qazlaşdırılıb. Digər 108 fərdi yaşayış evindən ibarət yeni yaşayış massivinin qazlaşdırılması üçün iki pilləli sistem əsasında ümumi uzunluğu 4341 metr olan müxtəlif diametrli yerüstü polad boru ilə qaz xətləri çəkilib. Hər bir fərdi yaşayış evinə qaz sayğacı və fərdi tənzimləyici quraşdırılıb.

Qeyd edək ki, qaz açılışı təmin olunan “Gilan evləri” adlanan yeni yaşayış massivində Vətən Mühribəsində şəhid olan Famil Hicran oğlu Camalzadənin ailəsi də yaşayır. Onların da fərdi yaşayış evi qazla təchiz olunub.

Tarix
2021.03.02 / 18:30
Müəllif
Axar.az
Digər xəbərlər

Ceyhun Bayramov həmkarı ilə telefonla danışdı

Azərbaycan ABŞ-la birgə hərbi təlimdə - Video

Azərbaycan və İran arasında mühüm müzakirə

Avropadan Kərimlinin həbsinə reaksiya hamını heyrətləndirdi

Minsk qrupu niyə məhz 1 dekabrda ləğv edildi?

Qeyri-formal məşğul şəxslər belə müəyyən ediləcək - Nazir

Ermənistan Qarabağ danışıqlarına dair sənədləri yaydı

Tiflis TIR-larımızı buraxmadı: Kobaxidzedən reaksiya

Rüstəm İbrahimbəyov Mehdiyevlə bağlı nələr demişdi?

Estoniya Bakıda səfirliyini bu tarixdə açacaq

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla