Yuxarı

İlham Əliyev: Heç kimdən yardım istəməmişik!

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistandan fərqli olaraq, Azərbaycana heç kim kömək etmirdi. Biz hər şeyi öz hesabımıza əldə etmişik. Ermənistan kimi heç vaxt gedib qapı-qapı gəzməmişik, özümüzü alçaltmamışıq, yalvarmamışıq, yardım heç kimdən istəməmişik.

Axar.az xəbər verir ki, bu barədə Prezident, Yeni Azərbaycan Partiyasının sədri İlham Əliyev partiyanın VII qurultayındakı çıxışında bildirib.

Dövlətimizin başçısı deyib:

“İqtisadi müstəqillik həm hazırlıq baxımından, həm siyasi müstəqilliyin möhkəmləndirilməsi baxımından əsas şərt idi. Buna da nail olduq. Bu gün heç kimdən asılı deyilik. İstənilən meyar üzrə, istənilən parametr üzrə iqtisadi sahədə ən qabaqcıl yerlərdəyik. İstər xarici borc, istər iqtisadi artım və istərsə də adambaşına düşən valyuta ehtiyatları baxımından. Yəni, istənilən meyar üzrə biz qabaqcıl yerlərdəyik və bu sahədə şəffaflığı təmin etdik”.

Prezident qeyd edib ki, çox mötəbər təşkilat tərəfindən dünyanın 60-dan çox suveren fondlarının təhlili aparılıb. Bütün parametrlər və meyarlar üzrə Azərbaycan Dövlət Neft Fondu beşinci yerdədir.

“Mən demişəm, bu siyahı dərc edilsin, hər kəs görsün ki, hansı ölkələrin suveren neft fondları yaxud da, ehtiyat fondları orada göstərilib. Görün, biz kimləri qabaqlamışıq. Görün, Davos İqtisadi Forumunun hesabatına baxın, biz iqtisadi inkişaf, infrastruktur layihələri baxımından inkişaf etmiş ölkələri qabaqlamışıq. Kimsə bizə kömək edib? Yox. Borca girmişik? Yox. Bizim xarici borcumuz ümumi daxili məhsulun cəmi 18-19 faizini təşkil edir, bir də bizim valyuta ehtiyatlarımız xarici borcumuzdan 5-6 dəfə çoxdur. Biz indi istəsək sabah, birisi gün, bir aydan sonra bütün xarici borcumuzu ödəyə bilərik. Yəni, bu nailiyyətləri öz zəhmətimiz hesabına qazanmışıq, işğal olunmuş ölkə kimi qazanmışıq, çox çətin geosiyasi vəziyyətdə olan ölkə kimi qazanmışıq. Bu, Vətən müharibəsi üçün iqtisadi, siyasi, daxili sabitlik sahələrində hazırlıq. İndi baxın, Azərbaycana nə qədər xaricdən investisiyalar qoyulur. Bunun əsas amili daxili sabitlikdir”, - deyə Prezident İlham Əliyev vurğulayıb.

Tarix
2021.03.05 / 19:21
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Qarabağda hansı addımı atdıqsa, qarşımıza... - Ərdoğan

Əli Əsədov qərar imzaladı

Kremldə gərginlik: “Krokus” terrorundan sonra Paşinyan...

Yeni Kaledoniyada Azərbaycan bayrağı qaldırıldı - Video

Bu görüş Cənubi Qafqazda müharibə riskini artırır

Paşinyan terrorla hədələnir - İrəvanda nə baş verir?

Bakının informasiyası var: 5 apreldə nə baş verəcək?

Bakıya qarşı şər ittifaqı qurulur: cavabı olacaq - Video

Konsert zalının qapıları niyə bağlı olub? - Emin açıqladı

Bakıda xanım jurnalistlə şəkli - Musəvi İranda tənqid edildi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla