Yuxarı

İsrail qəzeti Hacıyevin təşəkküründən yazdı

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev deyib: “Biz İsrail həkimlərinə, İsrailə çox minnətdarıq. Bu, bizim dostluğumuzun və əməkdaşlığın sübutudur".

Axar.az xəbər verir ki, israilli jurnalist Din Şmuel Elmas bu haqda İsrailin aparıcı ivritdilli nəşri olan “İsrael HaYom” qəzetində yazıb.

Nəşrdə İsrailin Bakıdakı səfiri Corc Dikin sözləri də sitat gətirilib. Səfir deyib: “Bu, bizim aramızda mövcud olan dostluğun ruhunu əks etdirir”.

Məqalənin müəllifi qeyd edir ki, ötən həftənin bazar ertəsi günü səfir Corc Dik başda olmaqla, İsrailin Azərbaycandakı səfirliyi tibbi yardım göstərilməsi üzrə fövqəladə əməliyyat həyata keçirib. Dağlıq Qarabağda Vətən müharibəsi zamanı yaralanmış Azərbaycan əsgərlərinə və zabitlərinə ən azı 150 əməliyyat aparılması və onların müalicəsinin həyata keçirilməsi məqsədilə israilli oftalmoloqların və plastik cərrahların Azərbaycana səfərləri təşkil edilib.

Cümə günü Azərbaycan hökumətində yüksəkvəzifəli şəxslərdən biri, Prezidentin köməkçisi - Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev öz Tvitter səhifəsində İsrail həkimlərinə minnətdarlığını və hörmətini bildirib.

Hikmət Hacıyev öz Tvitter səhifəsində yazıb: “Bu, çox əlamətdar hadisədir. Bizim yaralı əsgərlərimizə və zabitlərimizə real tibbi yardım göstərmiş tibbi personala və İsrail səfirliyinə dərin minnətdarlığımızı bildiririk. Bu, ölkələrimiz arasında dostluğun sübutu və təcəssümüdür”.

Hikmət Hacıyev öz tvitini yəhudi mənbələrindən bir sitatla bitirib: "Bir insanı xilas edən şəxs dünyanı xilas edir”.

Məqalənin müəllifi qeyd edir ki, İsrailin Azərbaycandakı səfiri Corc Dik dünən öz Tvitter səhifəsində belə bir mesaj yerləşdirib:

"Bu, İsrail ilə Azərbaycan arasında dostluğun ruhunu əks etdirir. Biz bu insanların möhkəm sağlamlığını, özünə əminlik hissini və öz Vətənində – Azərbaycanda normal və layiqli yaşamaq qabiliyyətini qaytarmaq istəyirik”.

Tarix
2021.03.08 / 20:54
Müəllif
Axar.az
Digər xəbərlər

ABŞ-da Bakıya qarşı təxribatçı "düzəliş" - Foto

İrəvanda təşviş: bu sahələr Azərbaycanın nəzarətinə keçəcək

Əli Əsədov bu türk ölkəsində səfərdədir

Bakıdan Kiyevə daha bir jest: Bu kvotalar artırıldı

Qalib Azərbaycan belə vəziyyətlə barışa bilməzdi...

Bu əməliyyat dövlət suverenliyinin bərpasının yeganə yolu idi

Ağır dərs, robota çevrilən şagirdlər – Nazirlik qərar verdi

Almaniya vətəndaşlarını çıxarır: İrana hücum olacaq!

Azərbaycanlı Almaniyada yüksək vəzifəyə təyin olundu

Çin rəsmisi İrəvanda: Simonyanla Azərbaycandan danışdı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla