Yuxarı

Bakı Limanının ərazisi genişləndirilə bilər

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Bakı Limanının ərazisi genişləndirilə bilər

Paytaxtın Qaradağ rayonunun Ələt qəsəbəsində yerləşən Bakı Limanının mövcud potensialının 1/3-dən istifadə edilir.

Axar.az xəbər verir ki, bunu "Bakı Beynəlxalq Dəniz Ticarət Limanı" QSC-nin departament rəisi Xudayar Həsənli bildirib.

Bununla belə, onun sözərinə görə, limanda konteyner aşırılması üzrə potensialdan istifadə göstəricisi 50 faizə yaxındır.

“Dünyada belə bir meyar var ki, limanların ərazisi, onların potensialının 70 faizindən çox istifadə edildikdə genişləndirilir. Buna uyğun olaraq Bakı Limanı qərar qəbul edəcək”, - Liman rəsmisi qeyd edib.

Bundan başqa, X.Həsənli deyib ki, Bakı Limanının inkişafı 2 mərhələdə olacaq. “2019-cu ildə 1-ci inkişaf mərhələsi başa çatdırılıb və hazırda limanda yükaşırma imkanı 15 milyon ton, konteyner aşırma imkanı isə 100 000 TEU-ya qədərdir. Ələtdə liman kompleksinin tikintisinin birinci fazası bərə terminalı, ümumi yük körpüsü, Ro-Ro körpüsü, xidmət körpüsü, dəmiryolu xətləri, inzibati bina, gömrük məntəqəsi, açıq saxlama sahəsi, anbarlar, konteyner meydançası, körpülərə dəmir və avtomobil yol yanaşmaları, Ro-Ro rampaları, ağır yüklərin yerləşmə sahəsi və yük maşınlarının dayanacaq sahəsinin tikintisini əhatə edir. Liman kompleksinin tikintisinin ikinci mərhələsinin başa çatdırılması ilə Bakı Limanının ümumi yükaşırma imkanı artaraq 25 milyon ton, konteyner aşırma imkanı isə 500 000 TEU-ya qədər olacaq".

Xatırladaq ki, Bakı Beynəlxalq Dəniz Ticarət Limanı Kompleksinin tikintisinə Prezident İlham Əliyevin 2007-ci ildə imzaladığı Sərəncama əsasən başlanılıb. 2010-cu ilin noyabrında liman kompleksinin təməli qoyulub. 2014-cü ilin sentyabrında liman qurğularından biri – iki körpüdən ibarət bərə terminalı, 2018-ci ilin yanvarında isə iki körpüdən ibarət olan Ro-Ro terminalı istifadəyə verilib. Liman 117 hektar ərazini əhatə edir və 12 yanalma körpüsünə malikdir.

Tarix
2021.04.06 / 18:54
Müəllif
Axar.az
Digər xəbərlər

Azərbaycanlıların qayıdışı ilə bağlı BMT-yə müraciət

Prezidentin təyin etdiyi iki başçının dosyesi - Foto

Şahin Mustafayev iranlı nazirlə görüşdü

Yeni sərəncam: Bəxtiyar Əsgərov işdən çıxarıldı

Hasil Abbasov şöbə müdirini işdən çıxartdı

AB Ərəbistanın dəniz koalisiyasına qoşulur

Transxəzər marşrutu üçün 55 milyardlıq investisiya...

Prezidentin başçı təyin etdiyi Babayev kimdir?

Səfirdən Azərbaycan haqda: Heç vaxt unutmayacağıq

İlham Əliyev üç rayona başçı təyin etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla