Yuxarı

28 il sonra şəhid oğlunun məzarını ziyarət etdi - Foto

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
28 il sonra şəhid oğlunun məzarını ziyarət etdi - Foto

Şəhid anası 28 ildən sonra oğlunun məzarını ziyarət edib.

Axar.az BakuPost-a istinadən xəbər verir ki, birinci Qarabağ müharibəsi zamanı şəhid olan Qorxmaz Allahverdiyevin anası Zeynəb Allahverdiyeva oğlunun məzarına gül düzüb.

"Getdim balamı ağladım, oxşadım. Sinə daşını dağıtmışdılar. Üstünü örtüb gəldim", - deyə şəhid anası bildirib.

Qeyd edək ki, Qorxmaz Bahadur oğlu Allahverdiyev 1973-cü ildə Zəngilan rayonunda anadan olub. 1992-ci ilin mayında hərbi xidmətə çağırılıb. Xidməti borcunu Zəngilanın döyüş postları olan Seyidlər, Quyudərə, Xəştab, Şayıflı, Kolluqışlaq, Rəzdərə və digər sərhəd kəndlərdə yerinə yetirib. Həmin ilin oktyabrında Qubadlı rayonunun Başarat kəndində, dekabr ayının 10-da isə rayonunun Şayıflı və ətraf sərhəd kəndlərində ermənilərin hücumlarının dəf olunmasında iştirak edib.

Qorxmaz Allahverdiyev 10 aprel 1993-cü ildə hücum əməliyyatı zamanı şəhidlik zirvəsinə ucalıb və Zəngilan şəhərindəki Şəhidlər Xiyabanında dəfn edilib. Ölümündən sonra “Hərbi xidmətlərə görə” medalı ilə təltif olunub.

Tarix
2021.04.11 / 22:51
Müəllif
Axar.az
Digər xəbərlər

Paşinyan və Putin nələri müzakirə edəcək? - Uşakov

Növbəti raund: Belarusla siyasi məsləhətləşmələr keçirildi

Azərbaycanlıların olduğu gəmi batma təhlükəsi ilə üzləşdi

Baş nazirdən İrandakı səfirliyimizlə bağlı qərar

İrəvan Qarabağda xidmət edən generallara cinayət işi açır

Sərkisyandan soruşurdum ki, nə baş verib... - Zülfüqarov

Zülfüqarovun cavabı məni heyrətləndirdi – Sərkisyan

Ballıqayadakı cinayətlərə hüquqi qiymət verilməlidir

Kreml "Bunları toplayıb Bakıya göndəririk" deyir, əvəzində...

Səfirliyimiz önündə təxribatı onlar törədibmiş... - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla