Yuxarı

Ermənistanla sərhəddə növbəti hərbi hissə açıldı

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Ermənistanla sərhəddə növbəti hərbi hissə açıldı

Aprelin14-də Qubadlı rayonu ərazisində Ermənistanla dövlət sərhədində yeni hərbi hissə-sərhəd komendantlığı xidməti-döyüş fəaliyyətinə başlayıb.

Dövlət Sərhəd Xidmətinin (DSX) Mətbuat Mərkəzindən Axar.az-a bildirilib ki, bununla əlaqədar təşkil olunan mərasimdə DSX-nin rəisinin müavini general-leytenant İlham Mehdiyev çıxış edərək yeni hərbi hissə­nin fəaliyyətə başlaması mü­nasibətilə DSX-nin rəisi general-polkovnik Elçin Quliyevin təbrikini şəxsi heyətə çatdırıb.

Çıxışda ölkəmizin ərazi bütövlüyünün bərpa edilməsi və dövlət sərhədlərinin işğaldan azad olunmasından sonra Azərbaycan Respublikasının Prezidenti Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin tapşırıqlarına uyğun olaraq bu ərazilərdə sərhəd mühafizə bölmələrinin xidməti-döyüş fəaliyyətinin yüksək səviyyə­də təşkili məqsədilə zəruri sərhəd müdafiə və mühafizə infrastrukturunun yaradılmasının davam etdirilməsi qeyd olunmuş, işğaldan azad olunmuş müqəddəs sərhədlərimizdə xidmət etməyin hər bir Azərbaycan sərhədçisi üçün böyük şərəf və qürur mənbəyi olması vurğulanıb.

Yeni hərbi hissənin açılışını bildirən rəmzi lent kəsildikdən sonra tədbir iştirakçıları sərhəd komendantlığının şəxsi heyətinin xidməti-döyüş fəaliyyətinin təşkili üçün yaradılmış şəraitlə tanış olub, o cümlədən xidməti otaqlara, kazarma və yeməkxanaya, hamam-camaşırxana, anbar, silah və texniki vasitə­lərə, avtomobil texnikasına baxış keçiriblər.

Tədbirin sonunda xidməti fəaliyyətində fərqlənmiş hərbi qulluqçular təltif olunub.

Tarix
2021.04.14 / 16:38
Müəllif
Axar.az
Digər xəbərlər

Bayramov ATƏT sədri ilə görüşdü

Bakı dərhal hərəkətə keçdi, İsrail prosesi dayandırdı

Ermənistanın İrana ərazi iddiası... - Erməni deputat

Türkiyənin olmadığı masada… - Hikmət Hacıyev

ATƏT-in sədri Azərbaycana gəldi - Foto

Türk gəmisi vuruldu: 22 ekipaj üzvü...

Agentlik sədri bu şöbə müdirlərini işdən çıxartdı

Azərbaycanla möhkəm münasibətlər qurmalıyıq - Zelenski

PKK Türkiyə sərhədindən çəkildi: bu ölkəyə hücuma keçir?

Zakir Həsənov hərbi attaşelərlə görüş keçirdi

KULT
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla