Yuxarı

AAK media rəhbərlərini medalla təltif etdi - Foto

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
AAK media rəhbərlərini medalla təltif etdi - Foto

Ötən ilin 22 iyul Milli Mətbuat günü ərəfəsində diaspor fəaliyyətinə dəstək verdiyi üçün Avropa Azərbaycanlıları Konqresi tərəfindən təltif olunan bir qrup ictimai xadimin və jurnalistin mükafatlandırılma mərasimi keçirilib.

Axar.az xəbər verir ki, Avropa Azərbaycanlılar Konqresinin (AAK) prezidenti Sahil Qasımov mükafatları sahiblərinə təqdim etmək üçün Bakıya gəlib.

Mərasimdə çıxış edən Sahil Qasımov Avropa Azərbaycanlılar Konqresinin fəaliyyətinə dəstək verdiyi üçün təltif olunanlara təşəkkür edib.

Daha sonra Azərbaycan Türkiyə Evinin rəhbəri Tənzilə Rüstəmxanlı, AAK-ın vitse-prezidenti İlham İsmayılov və Azərbaycan Kərkük Mədəniyyət Mərkəzinin sədri Məlahət Qurbanova ölkədən kənarda Azərbaycan həqiqətlərinin təbliğindəki işlərinə və uğurlu ictimai fəaliyyətlərinə görə, həmçinin KİV rəhbərləri – Mirşahin Ağayev, Rauf Arifoğlu, Vasif Həsənli, Aynur Camal, Aqil Ələsgər, Toğrul Allahverdilyə “Xatirə medalı” təqdim edilib.

Tədbirdə çıxış edən təltif olunanlar fəaliyyətlərinə verdikləri qiymətə görə AAK-ın prezidenti Sahil Qasımova və AAK ailəsinə təşəkkür ediblər.

Qeyd edək ki, dünyada hökm sürən pandemiya ilə əlaqədar mükafatlar jurnalistlərə təqdim edilməmişdi.

Tarix
2021.04.17 / 16:26
Müəllif
Axar.az
Digər xəbərlər

Azərbaycan Əlcəzairə dəstək verdi

Bu gün Azərbaycan Əlifbası və Dili Günüdür

Yaponiya baş naziri Azərbaycana buna görə təşəkkür etdi

Azərbaycan zəlzələ ilə bağlı Yaponiyaya başsağlığı verdi

İran müharibəsi: Azərbaycan müdafiəni belə gücləndirir...

Azərbaycan–Qırğızıstan Müttəfiqlik sazişi nə vəd edir?

Yeddi körpənin yanaraq öldüyü mərkəzlə bağlı yeni xəbər

Erməni terrorçuların məhkəməsi: hakimlər müşavirəyə getdi

Samir Şərifova yeni vəzifə verildi

Prezidentdən Qırğızıstan səfəri ilə bağlı - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla