Yuxarı

DİN Şİrvanda xüsusi əməliyyat keçirdi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Daxili İşlər Nazirliyinin (DİN) əməkdaşları tərəfindən narkotik vasitə və psixotrop maddələrin yayılmasının qarşının alınması istiqamətində mübarizə tədbirləri davam etdirilir.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Axar.az-a bildiriblər ki, nazirliyin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən Şirvan şəhərində xüsusi əməliyyat həyata keçirilib. Əməliyyat nəticəsində Şirvan və ətraf rayonlarda narkotik vasitələrin satışı və qanunsuz dövriyyəsi ilə məşğul olan 4 nəfər saxlanılıb. Onlardan külli miqdarda heroin və digər növdən olan narkotik maddələr götürülüb.

Əməliyyat zamanı əvvəlcə Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə dəfələrlə məhkum olunan Şirvan şəhər sakini Elxan Nəsirov saxlanılıb. Ondan satış məqsədilə əldə edib üzərində gəzdirdiyi və yaşadığı evdə gizlətdiyi ümumi çəkisi 45 qram narkotik vasitə tiryək aşkar olunub. İlkin araşdırma zamanı Elxan Nəsirov narkotik vasitəni əvvəldən tanıdığı xarici ölkələrdən birinin vətəndaşından Astara rayonu ərazisində təyin edilən yerdə götürdüyünü və satmaq məqsədilə Şirvan şəhərinə gətirdiyini bildirib.

Baş İdarə əməkdaşları tərəfindən Şirvan şəhərində həyata keçirilən digər əməliyyat zamanı şəhər sakini əvvəllər məhkum olunmuş Vidadi Feyziyev və Nadim Dadaşov da saxlanılıblar. Axtarış zamanı Vidadi Feyziyevin üzərindən 36 qram metamfetamin, Nadim Dadaşovdan isə 40 qrama yaxın heroin aşkar olunaraq götürülüb.

Narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı keçirilən daha bir əməliyyat tədbiri zamanı isə əvvəllər məhkum olunmuş Şirvan şəhər sakini Fərid Məmmədov da saxlanılıb. Onun üzərinə baxış zamanı 66 qram, yaşadığı evdən isə 10 qram heroin aşkar olunub.

Qeyd edilən faktlarla bağlı saxlanılan şəxslər barəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işləri başlanılıb və onlar tutularaq istintaqa cəlb olunublar.

Cinayət işləri üzrə zəruri istintaq və əməliyyat tədbirləri davam etdirilir.

Tarix
2021.04.19 / 20:13
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Azərbaycanda su qıtlığı problemi... - BCG

Sadır Japarov Şəhidlər xiyabanında...

Prezidentlər mətbuata bəyanatlarla çıxış etdilər - Foto

Sadır Japarov Heydər Əliyevin məzarını ziyarət etdi

Prezidentlər Çingiz Aytmatovun abidəsinin açılışında...

Türkiyə Zəngəzur dəhlizi ilə bağlı işlərə başladı

Ukraynalı deputatlardan etiraz: Rubenin Nobelə təqdimatı...

Delimitasiya prosesində vacib məqam... - Əmirbəyov

Ərdoğandan “erməni soyqırımı” ilə bağlı mesaj

Japarov Ağdamda məktəbin tikintisi barədə danışdı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla