Yuxarı

Bu ölkələrdən quş əti idxalına qadağa qoyuldu

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Bu ölkələrdən quş əti idxalına qadağa qoyuldu

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən başqa ölkələrdən respublikamızın ərazisinə keçə biləcək yoluxucu heyvan xəstəliklərindən qorunmaq məqsədilə Ümumdünya Heyvan Sağlamlığı Təşkilatından (OIE) daxil olan məlumatlar əsasında dünyadakı epizootik vəziyyətə uyğun olaraq müvafiq tədbirlər həyata keçirilir.

AQTA-dan Axar.az-a verilən məlumata görə, Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının (OIE) məlumatına əsasən, Əlcəzair Xalq Demokratik Respublikasının Batna və Umm El Buaqi, Cənubi Afrika Respublikasının Qautenq, Finlandiya Respublikasının Qərbi Finlandiya, Rusiya Federasiyasının Krasnodar inzibati ərazi vahidlərində yüksək patogen quş qripi xəstəliyi, Cənubi Afrika Respublikasının Qərbi Keyp inzibati ərazi vahidlərində aşağı patogen quş qripi xəstəliyi, Cənubi Afrika Respublikasının Qərbi Keyp inzibati ərazi vahidlərində atların Afrika taun xəstəliyi, Cənubi Afrika Respublikasının Limpopo və İsrail Dövlətinin Hazafon inzibati ərazi vahidlərində dabaq xəstəliyi qeydə alınıb.

Respublika ərazisinin başqa ölkələrdən keçə biləcək yoluxucu heyvan xəstəliklərindən qorunması məqsədilə Cənubi Afrika Respublikasının Limpopo və İsrail Dövlətinin Hazafon inzibati ərazi vahidlərindən bütün növ diri heyvan və heyvan mənşəli məhsulların, Cənubi Afrika Respublikasından diri atların, o cümlədən OIE-nin “Quruda yaşayan heyvanların sağlamlıq Məcəlləsi”nə əsasən zonalaşma prinsipi nəzərə alınmaqla, Əlcəzair Xalq Demokratik Respublikasının Batna və Umm El Buaqi, Cənubi Afrika Respublikasının Qautenq və Qərbi Keyp, Rusiya Federasiyasının Krasnodar, Finlandiya Respublikasının Qərbi Finlandiya inzibati ərazi vahidlərində xəstəliyin qeydə alındığı yerlərdən bütün növ diri quş, quş əti və damazlıq yumurtanın idxalına müvəqqəti məhdudiyyət tətbiq olunub.

Eyni zamanda nəzarət tədbirlərinin gücləndirilməsi məqsədilə Əlcəzair Xalq Demokratik Respublikasından, Cənubi Afrika Respublikasından, Finlandiya Respublikasından və Rusiya Federasiyasından gələn, yaxud tranzitlə keçən nəqliyyat vasitələri ilə bağlı müvafiq tədbirlərin görülməsi üçün Azərbaycan Dövlət Gömrük Komitəsinə müraciət olunub.

Tarix
2021.04.20 / 18:11
Müəllif
Axar.az
Digər xəbərlər

Erməni qadın: Qarabağ nə vaxt bizim olub ki? - Video

Fransanın bu etirazları zorakılıqla yatırmasından 2 il ötür

Bakı neftinin Yaponiyaya ixracı əlavə imkanlar aça bilər

Peter Pelleqrini Azərbaycana bu tarixdə gələcək

300 min azərbaycanlı Ermənistana qayıdır: Harada yaşayacaqlar?

Ceyhun Bayramov Abbas Arakçı ilə danışdı

Bu ərəb ölkəsində 11 milyon əhali var, 10 milyonu miqrantdır

Prezident Rixard Raşini qəbul etdi - Foto

Dövlət mesaj verir ki, bu qəbuledilməzdir...

Rixard Raşi Azərbaycana gəldi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla