Yuxarı

İlham Əliyev sərəncam imzaladı

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
İlham Əliyev sərəncam imzaladı

Prezident İlham Əliyev "Bir sıra rayonlarda əkin sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılmasına və əhalinin içməli suya tələbatının ödənilməsinə dair əlavə tədbirlər haqqında" sərəncam imzalayıb.

Axar.az xəbər verir ki, sərəncamla əhalisi 29662 nəfər olan 5 rayonun 16 yaşayış məntəqəsində (siyahı əlavə olunur) əkin sahələrinin və əkin üçün istifadə olunan həyətyanı torpaq sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılması, habelə əhalinin içməli suya tələbatının ödənilməsi üçün 25 ədəd subartezian quyusunun layihələndirilməsi və qazılması məqsədilə “Azərbaycan Respublikasının 2021-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”nün 1.8.8-ci yarımbəndində göstərilmiş məbləğin 1,75 milyon (bir milyon yeddi yüz əlli min) manatı Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinə ayrılıb.

Qazılması nəzərdə tutulan subartezian quyularının yaşayış məntəqələri üzrə bölgüsünə dair siyahını təqdim edirik:

Sıra

№-si

Rayonun

adı

Quyuların

sayı, ədəd

Yaşayış məntəqələrinin adı

Əhalinin sayı, nəfər

Beyləqan

7

Aşağı Çəmənli kəndi

1483

Baharabad qəsəbəsi

1006

Dünyamalılar kəndi

7539

Kəbirli kəndi

5060

Mayak qəsəbəsi (2 quyu)

834

Örənqala qəsəbəsi

2123

Cəbrayıl (Biləsuvar rayonu ərazisi)

2

1 №-li qəsəbə

1600

Füzuli

10

Alxanlı kəndi (2 quyu)

1800

Aşağı Kürdmahmudlu kəndi

1235

Aşağı Yağlıvənd kəndi

1720

Birinci Mahmudlu kəndi (2 quyu)

822

Əhmədbəyli kəndi

986

İkinci Mahmudlu kəndi

1564

Yuxarı Kürdmahmudlu kəndi (2 quyu)

1270

Xocavənd

2

Nərgiztəpə ərazisi

70

Şuşa (Ağdam rayonu ərazisi)

4

Mirzələr qış yatağı

550

Cəmi:

25

16

29 662

Tarix
2021.04.23 / 13:13
Müəllif
Axar.az
Digər xəbərlər

Bayramov Mirzoyanla danışdı

Türkiyə və Naxçıvana hücum: göstəriş verənlərin kimliyi...

Putin buna görə İlham Əliyevə təşəkkür etdi

Rusiya buna görə Azərbaycana təşəkkür etdi

Hikmət Hacıyev Ərdoğanın baş müşaviri ilə görüşdü

İlham Əliyev Gürcüstan səfirliyində: başsağlığı verdi - Foto

Ruttedən Azərbaycan açıqlaması: Mühüm addım idi...

Azərbaycan üzərindən tranzit... - Qriqoryan

Rusiyanın İrana yardım qatarı Astaraya çatdı - Video

Tokayev TDT ilə bağlı bu sazişi ratifikasiya etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla