Yuxarı

Millət vəkili: “İdmandan xəbəri olmayanlar...”

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Millət vəkili: “İdmandan xəbəri olmayanlar...”

"İdmançıya məşqçisindən başqa heç kimin artıq söz deməyə ixtiyarı yoxdur".

Axar.az xəbər verir ki, bu barədə Azərbaycan Kikboksinq Federasiyasının prezidenti, millət vəkili Adil Əliyev bildirib. O, idmançılarımızı ruhdan sala biləcək gərəksiz kompaniyaları pisləyib:

"İdmandan xəbəri olmayan, idmançı üçün bir iş görməyənlər bu gün idmançını müzakirəyə çıxarıb, onları tənqid, hətta təhqir edirlər. İdmançıya məşqçisindən başqa heç kimin artıq söz deməyə ixtiyarı yoxdur. Əvvəla, bu cür mötəbər yarışlara nə ölkəmiz, nə də rəqib ölkə tərəfindən sıradan idmançıları buraxmırlar. Yarışlarda isə bir çəki dərəcəsində bir qızıl medal olur ki, onun uğrunda da güclü mübarizə gedir. Ölkəsindən, millətindən asılı olmayaraq, daha hazırlıqlı və bəxti gətirən idmançı qalib ola bilər. Ancaq bu dəfə idmançımızın bəxti gətirmədisə, onun üstünə düşmək olmaz. Əgər biz bu cür kampaniyaya dəstək versək, onda digər idmançılarımızı da ruhdan salarıq. Qabaqda bizi hələ çox yarışlar gözləyir, o yarışlarda başqa ölkələrin nümayəndələri iştirak edəcək. Buna görə biz bu ağır və şərəfli işdə idmançılarımızın yanında olub, onlara dəstək verməliyik".

Qeyd edək ki, idmançımız Həsən Əliyev Yunan-Roma güləşində erməni rəqibinə uduzduğu üçün sosial şəbəkələrdə qınaq obyektinə çevrilib.

Tarix
2015.06.16 / 11:21
Müəllif
Aygün Yusibova
Digər xəbərlər

Şahin Mustafayev Məsud Pezeşkianla görüşdü

Azərbaycan və Belarus hərbi əməkdaşlığı müzakirə etdi

Türkiyə MN Naxçıvandakı təlimdən video yaydı

Avropa Komissiyasının rəsmiləri Naxçıvanda - Foto

Putindən fərman: Azərbaycanla bağlı qadağa...

İran səfiri Simonyanla görüşdü

İlham Əliyev Pezeşkiana zəng etdi

AB Şurasının nümayəndə heyəti Azərbaycana səfər edəcək

İlham Əliyev FİFA-nın prezidentini qəbul etdi - Foto

“Bazar günü nə baş verib?” - Prezidentin sərrast cavabı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla