Yuxarı

Sərxoş vəziyyətdə piyadanı vurub öldürən polis həbs edildi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Sərxoş vəziyyətdə piyadanı vurub öldürən polis həbs edildi

Gəncə Ağır Cinayətlər Məhkəməsində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi törətməkdə təqsirləndirilən Qara Həsənovun cinayət işi üzrə məhkəmə iclası başa çatıb.

Axar.az Report-a istinadən xəbər verir ki, hakim Xəqani Səmədovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Hökmə əsasən, Q.Həsənov 5 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri həbs qətimkan tədbiri ilə əvəz olunub və məhkəmə zalında həbs edilib.

Qeyd edək ki, yol-nəqliyyat hadisəsi 2019-cu ilin dekabr ayında Şəmkir-Düyərli yolunun 8-ci kilometrliyində qeydə alınıb.

Belə ki, rayonun Dəllər-Çırdaxan kənd sakini, 1965-ci il təvəllüdlü Həsənov Qara Abdulla oğlu sərxoş vəziyyətdə idarə etdiyi VAZ-2107 markalı 57 BK 322 dövlət nömrə nişanlı avtomobillə yolu keçmək istəyən Düyərli kənd sakini, 1967-ci il təvəllüdlü Rüstəmov Cəmaləddin Hidayət oğlunu vuraraq hadisə yerindən qaçıb.

Piyada aldığı xəsarətlərdən hadisə yerində dünyasını dəyişib.

Xatırladaq ki, Q.Həsənov hadisəni törədən zaman Şəmkir Rayon Polis Şöbəsində polis sahə rəisi vəzifəsində çalışıb.

Tarix
2021.05.03 / 16:01
Müəllif
Axar.az
Digər xəbərlər

Prezident Canni İnfantinonu qəbul etdi

“Bazar günü nə baş verib?” - Prezidentin sərrast cavabı

Keçmiş deputat vəzifədən azad edilib?

Azərbaycanlıların qayıdışı ilə bağlı BMT-yə müraciət

Prezidentin təyin etdiyi iki başçının dosyesi - Foto

Şahin Mustafayev iranlı nazirlə görüşdü

Yeni sərəncam: Bəxtiyar Əsgərov işdən çıxarıldı

Hasil Abbasov şöbə müdirini işdən çıxartdı

AB Ərəbistanın dəniz koalisiyasına qoşulur

Transxəzər marşrutu üçün 55 milyardlıq investisiya...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla