Yuxarı

Yol polisindən növbəti reyd: Bu sürücülər cərimələndi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Yol polisindən növbəti reyd: Bu sürücülər cərimələndi

Zərdab Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları rayon ərazisində piyadalara yol verməyən sürücülər, eləcə də piyadalar tərəfindən yol hərəkəti qaydalarının pozulması hallarının qarşısının alınması məqsədi ilə reyd keçirib.

Daxili İşlər Nazirliyindən Axar.az-a verilən məlumata görə, reyd zamanı piyada keçidlərində piyadalara yol verməyən sürücülər müəyyən edilib, onlarla profilaktiki səpkidə söhbətlər aparılıb. Qayda pozuntusuna yol vermiş həmin sürücülərlə aparılan söhbətlər zamanı yol hərəkəti qaydalarına riayət etməyin vacibliyi bir daha onların diqqətinə çatdırılıb. Sürücülərlə yanaşı mövcud keçidlərdən istifadə etməyərək öz həyatları ilə yanaşı, eyni zamanda digər hərəkət iştirakçılarına da ciddi təhlükə yaradan piyadalar saxlanılaraq onlarla maarifləndirici söhbətlər aparılıb. Həmin piyadalara yol hərəkətinin təhlükəsizliyi barədə məlumatlar verilib.

Polis əməkdaşları tərəfindən ciddi qayda pozuntusuna yol vermiş bir neçə sürücü və piyada barəsində inzibati qaydada tədbirlər yerinə yetirilib.

Tarix
2021.05.03 / 17:48
Müəllif
Axar.az
Digər xəbərlər

Barronun Azərbaycan əleyhinə iddialarını rədd edirik - XİN

Prokuror qardaşı oğlunu öldürən şəxsə 7 il cəza istəyib?

Ceyhun Bayramov ukraynalı həmkarı ilə danışdı

Azərbaycanla ən qısa yol istifadəyə verilir - Xaçatryan

Sabah Ermənistana növbəti tədarük olacaq

Zelenski İlham Əliyevə zəng etdi

Qazaxıstanın baş naziri Azərbaycana gəlir

Azərbaycanda bunları edənlər 7 min cərimələnəcək

Prezident təsdiqlədi: Yol polisi artıq bunu edə bilməyəcək

Ermənilər Köçəryana inandılar və Qarabağı tərk etdilər!

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla