Yuxarı

AZAL Mineralnıye Vodıya xüsusi reyslər yerinə yetirəcək

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
AZAL Mineralnıye Vodıya xüsusi reyslər yerinə yetirəcək

Azərbaycan Hava Yolları Rusiya Federasiyasının digər bir şəhərinə – Mineralnıye Vodıya aviabilet satışına başlayır.

Axar.az Azərbaycan Hava Yolları QSC-nin Mətbuat xidmətinə istinadən xəbər verir ki, Bakı-Mineralnıye Vodı-Bakı marşrutu üzrə xüsusi reyslər mayın 30-dan etibarən həftədə bir dəfə, bazar günləri yerinə yetiriləcək.

Aviabiletləri aviaşirkətin www.azal.az rəsmi saytından əldə etmək mümkündür.

Hazırda AZAL Rusiyanın paytaxtı Moskva şəhərinə də xüsusi reyslər həyata keçirir.

Aviaşirkət COVİD-19 pandemiyası ilə əlaqədar olaraq sağlamlığın qorunması üçün bütün zəruri tədbirləri görür, aviadaşıyıcının reysləri hökümətin tövsiyələrinə uyğun olaraq həyata keçirilir. Beləliklə, Bakı-Mineralnıye Vodı istiqamətində aviareysin sərnişinlərinin nəzərinə:

- koronavirus infeksiyasının olmadığı barədə arayış təqdim edilməlidir.

Azərbaycanda COVID-19 üçün test verilə bilən klinikaların siyahısı aviaşirkətin saytında qeyd edilib.

Mineralnıye Vodı-Bakı istiqamətində reysin sərnişinlərinin nəzərinə:

- Azərbaycana giriş hüququnun olub-olmadığı yoxlanılmalıdır. Azərbaycana giriş icazəsi olan şəxslərin kateqoriyasının siyahısı aviaşirkətin saytında bu link üzrə qeyd edilib.

- koronavirus infeksiyasının olmadığı barədə arayış təqdim edilməlidir. Testin nəticəsində həmçinin QR-kod göstərilməlidir. Bu kod hava limanında qeydiyyat masalarında yoxlanılacaq.

Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ qərargahın qərarına müvafiq olaraq aviareyslərlə Bakıya gələn bütün sərnişinlər iki həftə ərzində özünütəcrid şəraitində qalmalıdırlar.

Hər iki istiqamətin sərnişinləri:

- testin nəticəsinin reysin uçuşundan əvvəl 48 saat ərzində qüvvədə olduğuna əmin olmalıdırlar;

- pandemiya dövründə AZAL aviaşirkəti tərəfindən tətbiq edilən xüsusi daşıma qaydaları ilə tanış olmalıdırlar:

Tarix
2021.05.03 / 19:10
Müəllif
Axar.az
Digər xəbərlər

40 günlük hədəf: Rusiya “darmadağın” olacaq?

Zakir Həsənov Asim Munirə başsağlığı verdi

Ukraynanın kütləvi hücumunun “2 səbəbi”...

Ukrayna da Azərbaycanı təbrik etdi

Azərbaycan Pakistana başsağlığı verdi

Türkiyə də Azərbaycanı təbrik etdi

Rusiya sülhməramlıları Qarabağdan buna görə çıxardı

Bu qardaş ölkə də Azərbaycanı təbrik etdi

Cəmi 23 saat 43 dəqiqə davam edən əməliyyat... - Deputat

İsrail Azərbaycanı təbrik etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla