Yuxarı

Sahibkarın qaz xəttinə müdaxiləsi... - Video

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Sahibkarın qaz xəttinə müdaxiləsi... - Video

Azəriqaz İstehsalat Birliyinin əməkdaşları təbii qazdan qanunsuz istifadə, qaz xətlərinə özbaşına müdaxilə ilə bağlı daha bir faktı aşkar ediblər.

Qurumdan Axar.az-a verilən məlumata görə, paytaxtın Xətai rayonu, Süleyman Əhmədov 6 ünvanında Ehtiram Əliyevə məxsus “Boru Keçidi 5” çörəkbişirmə müəssisəsinə 41 900 manat debütor borcun ödənilməsi üçün dəfələrlə müraciət olunub. Heç bir ödəniş olunmadığına görə Birliyin əməkdaşları müəssisənin qaz təchizatını dayandırıblar.

Bundan sonra çörəkbişirmə müəssisəsinin işçiləri rezin boru vasitəsi ilə qeyri-qanuni, özbaşına şəkildə qaz xətlərinə müdaxilə ediblər. Birliyin əməkdaşları qanunsuz qoşulmadan əlavə, qaz sayğacına müdaxilə halını da aşkarlayıb.

Qanunsuz birləşmənin bir neçə dəfə ləğv olunmasına baxmayaraq, müəssisənin əməkdaşları yenidən özbaşına şəkildə eyni əməli təkrar ediblər. Debütor borcu ödəmək əvəzinə Azəriqaz İB-nin əməkdaşlarını hədələyərək onlara xəsarət yetirməyə çalışıblar.

Azəriqaz İstehsalat Birliyinin əməkdaşları sözü gedən ünvana yenidən baxış keçiriblər. Qanunsuz qoşulma halı təkrar olaraq aşkar edilib. Bu dəfə qaynaq vasitəsi ilə həmin qoşma ləğv edilib və müəssisəyə son dəfə xəbərdarlıq olunub.

Tarix
2021.05.04 / 13:24
Müəllif
Axar.az
Digər xəbərlər

Mediamız lazım gəldikdə hücuma da keçir - Hacıyev

Ermənistan niyə əmlakımızı qaytarmır? - Zülfüqarov sübut etdi

Hikmət Hacıyevin “vətən xaini” sözünə "hücum" başladı - Video

Əliyevlə Merz mətbuata bəyanatlarla çıxış etdi

Əliyevlə Merz arasında geniş tərkibdə görüş...

Əliyevin Almaniya səfərinə Rusiyadan ağlasığmaz reaksiya

Prezidentin Almaniya səfəri ilə bağlı - Video

Bakıda gizli görüş keçirilib - İlham Əliyev

Azərbaycan bizim üçün mühüm rol oynayır - Merz

Yeni qərar: bu təhsilverənlərin sertifikatlaşdırma qaydası...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla