Yuxarı

AQTA-dan yerli icra orqanlarına müraciət

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
AQTA-dan yerli icra orqanlarına müraciət

Baytarlıq-sanitariya və sanitariya-gigiyena normalarına cavab verməyən yerlərdə, küçələrdə, yol kənarlarında satış məqsədləri üçün heyvan kəsimi hallarının qarşısının alınması istiqamətində Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi aidiyyəti dövlət və yerli icra orqanları ilə müvafiq tədbirlər görür.

Agentlikdən Axar.az-a verilən məlumata görə, son vaxtlar aparılan monitorinqlərin nəticələri göstərir ki, görülən işlərə baxmayaraq, baytarlıq-sanitariya və sanitariya-gigiyena normalarına cavab verməyən ərazilərdə, küçələrdə, yol kənarlarında satış məqsədilə qanunsuz heyvan kəsimi fəaliyyətləri davam edir. Bəzi ərazilərdə isə bu cür qanunsuz halların genişləndiyi müəyyənləşdirilib.

Dünyada yayılmış koronavirus (COVID-19) pandemiyası dövründə, o cümlədən havaların mövsümi istiləşməsi ilə əlaqədar kütləvi zoonoz xəstəliklərin yayılması riski mövcuddur. Belə bir şəraitdə baytarlıq-sanitariya və sanitariya-gigiyena normalarına cavab verməyən yerlərdə heyvanların baytarlıq nəzarətindən keçirilmədən kəsilməsi təhlükəli vəziyyətin yaranmasına səbəb ola bilər. Bununla əlaqədar, Agentlik tərəfindən aparılan monitorinqlər zamanı yerlərdə qanunsuz heyvan kəsimi fəaliyyətləri ilə bağlı aşkar olunan faktlar üzrə məlumatlar toplanılıb və müvafiq tədbirlərin görülməsi üçün yerli icra hakimiyyəti orqanlarına göndərilib.

Qida Təhlükəsizliyi Agentliyi nəzarət orqanı olaraq baş verə biləcək bioloji təhlükə riskini mütəmadi olaraq qiymətləndirir, məsələni daim diqqət mərkəzində saxlayır, qabaqlayıcı tədbirlərin həyata keçirilməsi üçün əhali arasında geniş maarifləndirmə, təbliğat və təşviqat işlərini həyata keçirir.

Tarix
2021.05.06 / 11:30
Müəllif
Axar.az
Digər xəbərlər

Fulya Leyla Əliyeva ilə videosunu bu mahnı ilə paylaşdı

Leyla Əliyeva COP31 çərçivəsində mühüm görüş keçirdi

Avropanın Azərbaycana marağı niyə artır? - Momınkulov

Leyla Əliyeva Xəzər dənizinə aid problemləri qabartdı

Dünya prezidenti olsaydınız, nəyi dəyişərdiniz? - Əliyevin cavabı

Orta aylıq əmək haqqı nə qədər artacaq?

Ölkədə bəzi dövlət müəssisələri ləğv oluna bilər

Türkiyə İsrail üçün yeni bir İrandır... - Qal

Azərbaycanda büdcə layihəsi ilə bağlı əlavə risklər açıqlandı

Rusiya Ukrayna üçün xəritə “cızdı” - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla