Yuxarı

Daha 11 qazi müalicə üçün Türkiyəyə göndərildi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Daha 11 qazi müalicə üçün Türkiyəyə göndərildi

Ağır yaralanan daha 11 qazi YAŞAT Fondu tərəfindən Türkiyəyə göndərilib.

YAŞAT Fondundan Axar.az-a verilən məlumata görə, fond tərəfindən Türkiyədən ölkəmizə gətirilən, həmçinin yerli həkimlərin rəyi nəzərə alınaraq qazilərimizin müvafiq müayinə, müalicə və reabilitasiya prosesi Türkiyədə davam etdiriləcək.

YAŞAT Fondu qazilərimizin müalicəsini tam yekunlaşana qədər nəzarətdə saxlayacaq.

Türkiyəyə göndərilən qazilər aşağıdakılardır:

1. Rəhimov Ziyəddin Aşur oğlu

2. Abbasov Rövşən Hüseyn oğlu

3. Novruzov Mobil Şahmar oğlu

4. Abbasov Kamal Saleh oğlu

5. Məmmədov Vidadi Ələkbər oğlu

6. Əliyev Xəyyam Şəadət oğlu

7. İbrahimov Şahid Samir oğlu

8. Atakişiyev Rəşad Nazim oğlu

9. İsmayılov İlqar Məzahir oğlu

10. Abdurrəhmanov Nicat İlqar oğlu

11. Quliyev Şəhriyar Əsa oğlu

Fond tərəfindən həkim rəyi əsasında ağır yaralı olan qazilərimizin müalicə üçün xaricə davamlı şəkildə göndərilməsi təmin edilir.

Xatırladaq ki, Fond tərəfindən bu günə qədər 87 qazimiz müalicə üçün Türkiyəyə göndərilib. Onlardan 17-sinin müalicə proseduru artıq uğurla yekunlaşıb və Vətənə qayıdıblar.

Qazilərimizin qarşıdakı aylarda müalicəsi üçün nəzərdə tutulan dərman vasitələri də Fond tərəfindən təmin edilib.

Tarix
2021.05.11 / 15:35
Müəllif
Axar.az
Digər xəbərlər

40 il öncə Qarabağı alovlandıran Aqanbekyan gündəmdə

Ermənistanın 5 il ərzində Azərbaycanla bağlı planı

Azərbaycan və Türkiyə yeni dövlət yaradır - Saqatelyan

Bakıya gələnlərə bağlamalar payladılar: saxlanılan var

Azərbaycan bu ölkələrə yardım edir - XİN

Ermənistana 26 vaqon buğda göndərildi

Səfirimiz Tokayevə etimadnaməsini təqdim etdi

Bakı hər şeyi eşidir - Qasparyan

Prezident Gülərin ailəsinə traktor hədiyyə etdi - Video

Azərbaycan Əfqanıstanı təbrik etdi - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla