Yuxarı

Şuşadakı bu məktəbdə türkiyəli müəllimlər də dərs keçəcək

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Şuşadakı bu məktəbdə türkiyəli müəllimlər də dərs keçəcək

Şuşada inşa ediləcək məktəbdə nəyə ehtiyac olarsa, hamısı qarşılanacaq.

Axar.az xəbər verir ki, bunu Report-a eksklüziv müsahibəsində Türkiyənin milli təhsil naziri Ziya Səlcuq deyib.

Onun sözlərinə görə, bəzi dərslərin Türkiyədən gələn və ya Türkiyədə təhsil almış müəllimlər tərəfindən keçirilməsi nəzərdə tutulub:

“Bəzi dərslərin isə azərbaycanlı müəllimlər tərəfindən tədris olunması planlaşdırılır. Birlikdə bəzi layihələr həyata keçirmək və ortaq dərs keçmək arzusu da var”.

Qeyd edək ki, Prezident İlham Əliyev mayın 27-də Ziya Səlcuqu qəbul edib. Dövlət başçısı qəbulda bildirib ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Şuşaya gözlənilən səfəri çərçivəsində Türkiyə tərəfindən təklif edilən bir hədiyyə kimi, məktəbin təməlqoyma mərasiminin keçirilməsi proqramda əksini tapıb.

R.T.Ərdoğan iyunun 15-də Azərbaycana gələcək. Şuşaya səfər isə iyunun 16-na planlaşdırılıb.

Tarix
2021.06.01 / 12:38
Müəllif
Axar.az
Digər xəbərlər

İlham Əliyev televiziya və radio işçilərini təbrik etdi

Paşinyan Pnompendə Bakı ilə sülhdən danışdı

Kərimlilərin ermənilərlə işbirliyi: Mükafatın verildiyi gün...

Bakı və London arasındakı bəyannamə... - Qafarov

İlham Əliyev Mahmud Abbası təbrik etdi

Azərbaycan Fələstini təbrik etdi

Fulya Leyla Əliyeva ilə videosunu bu mahnı ilə paylaşdı

Leyla Əliyeva COP31 çərçivəsində mühüm görüş keçirdi

Avropanın Azərbaycana marağı niyə artır? - Momınkulov

Leyla Əliyeva Xəzər dənizinə aid problemləri qabartdı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla