Yuxarı

Rayonda 3 qəpiyə olan xiyar Bakıda niyə 3 manatadır?

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Rayonda 3 qəpiyə olan xiyar Bakıda niyə 3 manatadır?

Marketlərdə meyvələrin qiyməti Moskva bazarlarından da yüksəkdir. Bunun səbəbi meyvə istehsalçıları ilə bazar arasında bir neçə halqa olmasından qaynaqlanır.

Bu fikirləri Axar.az-a açıqlamasında iqtisadçı ekspert Natiq Cəfərli regionlarda və şəhərlərdəki meyvə və tərəvəz məhsullarının qiymətlərindəki böyük fərqlərdən danışarkən bildirib. Onun sözlərinə görə, Azərbaycanda fermerlər öz məhsullarını birbaşa bazara, marketlərə çıxara bilmir:

“Tarladan süfrəyə qədər olan məsafədə oyunçular olur. Neçə ildir bu problemlə bağlı araşdırma aparılır, Kənd Təsərrüfatı Nazirliyi, əlaqədar qurumlar dəfələrlə söz veriblər ki, fermerlərin bazarlara çıxışı asanlaşacaq. Lakin biz bunu görmürük. Məhsul Bakıya, supermarketlərə gələnə qədər bir neçə dəfə əl dəyişdirir. Bu əldəyişmə nəticəsində məhsulun qiymətində kəskin artım müşahidə olunur. Bu satış zəncirində yer alan oyunçular öz xeyirlərinə görə məhsulun qiymətini artırırlar. Bunun həll yolu odur ki, böyük market şəbəkələri fermerlərlə birbaşa müqavilə bağlasınlar. Buna şərait yaradılmalıdır. Təəssüf ki, Bakıda kənd təsərrüfatı bazarları bağlanır. Əksəriyyət supermarketlərdən alış-veriş edir. Fermerlərlə marketlər arasında birbaşa əlaqənin yaranması həm fermerlər üçün komfortlu qiymət koridoru yarada bilər, həm də vətəndaşlar daha ucuz qiymətə məhsul əldə edərlər”.

Ekspert qeyd edib ki, hazırda Rusiya sərhədi yükdaşımalar üçün açıqdır, lakin bağlana bilər:

“Məhsulun Rusiyaya ixracı zamanı maşınlar günlərlə sərhəddə qalır, bazarlara çıxış məhdudiyyəti olur, yollarda incidilir. Nəticədə məhsul xarab olur. Ona görə də bu ehtimallara hazır olmaq lazımdır. Azərbaycanda meyvə istehsalı ilə məşğul olan fermerlərin yerli bazara çıxması üçün dövlətin dəstəyinə ehtiyacı var”.

Qeyd edək ki, Göyçayda fermerlər məhsullarını Rusiya bazarına çıxara bilmədikləri üçün yerində xiyarın kilosunu 3-5 qəpiyə, pomidorun kilosunu isə 20 qəpiyə satdıqlarını bildiriblər. halbuki bakıda xiyar 50 qəpik, pomidor isə 1,5-2,5 manatadır.

Tarix
2021.06.01 / 13:27
Müəllif
Zümrüd Ağabəy
Digər xəbərlər

Bu ölkə Bakıya köçürdüyü səfirliyini Tehrana qaytarır

Mehdiyev 7 saat dindirildi - İstintaqa əsa ilə gedib

MM-də Mehdiyev müzakirəsi: Prezidentə ən ağır xəyanət...

Gənclərin öz doğma torpaqlarına qayıtmaları qürurverici haldır

Putin Ramiz Mehdiyevin çevriliş planını niyə ifşa etdi?

Bakının Qəzza prosesində iştirakı ABŞ-ın seçimidir

Prezidentdən Füzuli ilə bağlı paylaşım - Video

Gəncədə törədilən növbəti terrordan beş il ötür

Putin və Şara nələri müzakirə edib? - Kremldən açıqlama

Mehdiyev dedi ki, Bakıda bir tualetim də yoxdur - Video

KULT
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla