Yuxarı

Çimərliklərə icazə verilibsə, toylar niyə keçirilməsin?! - Video

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Çimərliklərə icazə verilibsə, toylar niyə keçirilməsin?! - Video

Epidemioloji vəziyyətdəki stabillikdən istifadə edərək, bəzi yumşaldılmalara getmək olar.

Axar.az xəbər verir ki, bunu ARB-24-ün “Nə baş verir?” verilişinə açıqlamasında həkim Adil Qeybulla deyib.

“Hesab edirəm ki, yumşaldılmalara gedilməlidir. Hətta toylara da müəyyən formatda icazə verilməlidir. Artıq çimərliklərin fəaliyyətinə icazə verilibsə, açıq havada müəyyən məhdudiyyətlə toylar niyə keçirilməsin?! Əgər toylara icazə verilsəydi, bu mərasimlərlə bağlı yeni formatda stereotip də yaranardı”, - deyə o bildirib.

Həkim onu da qeyd edib ki, hazırkı vəziyyət cəmiyyəti arxayın salmamalıdır:

“Dünyada koronavirus pandemiyası davam edir. ÜST bununla bağlı son sözünü deməyib. Bilirsiniz ki, Hindistanda olan “Delta” ştammı İngiltərədə və digər ölkələrdə də artıq müşahidə edilir. Bu ştammın Azərbaycana gəlməsi və ümumiyyətlə pandemiyanın dördüncü mərhələsinin yaranması ilə bağlı xeyli narahatlıqlar var. Belə olarsa, dünya yeni çətinliklə üzləşə bilər”.

Tarix
2021.06.16 / 14:02
Müəllif
Axar.az
Digər xəbərlər

Xəzərin hüquqi statusu haqqında Konvensiya... - Arakçı

İlham Əliyev müharibəni də, sülhü də qazandı - Video

Azərbaycandan sonra Türkiyə də məhdudiyyətləri qaldırdı

Pakistan prezidentindən Azərbaycanla bağlı açıqlama

Bakı və İrəvan arasında tarixi razılaşma... - Fransa XİN

Nikol Paşinyan İlham Əliyevə zəng etdi

Bu tarixə qədər Ermənistan dalanda idi...

Paşinyan Azərbaycan xalqını təbrik etdi

Təşəbbüs Ukraynada idi, lakin Zelenskinin Trampla görüşü...

Gürcüstandakı münaqişənin sülh yolu ilə həlli... – XİN

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla