Yuxarı

İbadət yerlərində ehsanların verilməsi dayandırıldı - Rəsmi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Səhiyyə Nazirliyi ibadət yerlərinin koronavirus infeksiyasının idarə olunmasına dair metodiki göstərişləri təsdiqləyib.

Axar.az xəbər verir ki, sənəddə ümumi göstərişlər aşağıdakı kimidir:

İbadət yerinin ilkin müəyyən olunmuş tutumuna uyğun olaraq, həmin məkanda eyni vaxtda olmasına yol verilən maksimum ziyarətçi sayı müəyyənləşdirilir və bu say məkan tutumunun 50%-dən çox (eyni anda ümumi olaraq 50 nəfərdən çox olmamaqla) olmaması;

Gigiyena və təmizlik, maskalardan istifadə, fiziki məsafənin qorunması və digər məsələlərlə bağlı tələblər, habelə ziyarətçi tutumu barədə məlumatı əks etdirən lövhələr ibadət yerlərinin girişlərində və daxildə yerləşdirilməsi;

İbadət yerində hazırkı Metodiki Göstərişlərə əməl edilməsinə nəzarət üçün cavabdeh şəxsin təyin edilməsi;
İbadət yerlərinə daxil olarkən və orada olan müddətdə (dəstəmaz vaxtı istisna olmaqla) mütləq şəkildə maskalardan istifadə edilməsi;

Girişlərdə əl dezinfektantları üçün nəzərdə tutulmuş dispenserlərin yerləşdirilməsi;

Girişlərdə müəyyən olunmuş şəxslər tərəfindən təmassız termometrlərlə ziyarətçilərin və əməkdaşların hərarəti ölçülməli və hərarəti olan şəxslərin içəri buraxılmaması;

Növbəliliyin və fiziki məsafənin təmin edilməsi, habelə ziyarətçilərin müəyyən olunmuş həddə saxlanılması və vətəndaşların vaxtında məlumatlandırılması məqsədi ilə ibadət saatlarında girişlərdə gücləndirilmiş nəzarətin təmin edilməsi;

İbadət edən şəxslər arasında hər tərəfdən 1,5 metrlik fiziki məsafənin qorunması və döşəmə/oturacaqlar fiziki məsafəyə uyğun olaraq işarələnməsi;

İbadət yerlərində ehsanların verilməsinin müvəqqəti dayandırılması;

İstifadə edilmiş tibbi maskaların atılması üçün ayrıca qapalı torbaların qoyulması və bu tullantılar müvafiq qaydada məhv edilməsi;

Təmizlik və dezinfeksiya işlərinə xüsusi diqqət edilməli, ümumişlək səthlərin mütəmadi təmizlənməsi, hər kütləvi ibadətdən sonra dezinfeksiya və havalandırılma işlərinin yerinə yetirilməsi;

Tələblərin icrasını nəzarətdə saxlamaq məqsədi ilə gündəlik monitorinqlərin keçirilməsi;

İbadət yerlərinin fəaliyyətinə yalnız təbii və ya mexaniki havalandırma sisteminə malik olan yerlərdə icazə verilməsi;

Sanitar-məişət otaqları (dəstəmaz yeri, sanitar qovşaq, ayaqqabıların soyunubgeyinmə yeri və s.) sanitar gigiyenik qaydalara uyğun, işlək və təmiz vəziyyətdə saxlanılmalı, əl dezinfektantları, sabun, birdəfəlik əl dəsmalları və digər gigiyenik vasitələr ilə fasiləsiz təmin olunması;

Hər növbəti kütləvi namazdan sonra ibadət yerinin havalandırılması və hazırki Metodiki Göstərişlərin 2-ci hissəsində göstərilən qaydada təmizlik-dezinfeksiya işlərinin həyata keçirilməsi;

Hər növbəti kütləvi namazdan sonra ümumi istifadə yerlərində bütün təmas səthlərinin (qapı tutacaqları, elektrik düymələri, masa səthləri, sürahilər, məhəccərlər və s.), dəstəmaz yeri, skamyalar, sanitar qovşaq, ayaqqabıların soyunub-geyinmə yeri dezinfeksiyaedici vasitələrdən istifadə edilməklə nəm üsulla təmizlənməsi.

Tarix
2021.06.16 / 18:31
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Stoltenberqin Bakı səfərinə Rusiyadan baxış

Bakı və İrəvan üçün sülh çox vacibdir - Video

Azərbaycan çox əhəmiyyətli ölkədir - Stoltenberq

Bu gün İlaxır çərşənbə qeyd olunur

Hikmət Hacıyev Çin rəsmiləri ilə görüşdü

Azərbaycan-İraq əlaqələri müzakirə olundu

Əliyev niyə Putinə təbrik zəngi etdi? – “Unudanların” diqqətinə

Ceyhun Bayramov Türkiyə xalqını təbrik etdi

Şeytan yuvası yerlə-yeksan edildi - Prezident

Prezident Xankəndi ilə bağlı mühüm faktları açıqladı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla