Yuxarı

Qırğız polkovnik: Hələ o vaxt bilirdim ki, "Stepanakert" adı...

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Qırğız polkovnik: Hələ o vaxt bilirdim ki, "Stepanakert" adı...

Bir hərbçi kimi Qarabağ münaqişəsinin tarixi ilə həmişə maraqlanmışam. O torpaqlar mənim üçün Vətən qədər əzizdir, çünki bu ərazilər türk torpaqlarıdır. 1990-1991-ci illərdə SSRİ daxili qoşunlarının tərkibində Qarabağda xidmət etmişəm, o torpaqların havasını udmuşam, çörəyini yemişəm, suyunu içmişəm.

Axar.az xəbər verir ki, bu sözləri qırğızıstanlı keçmiş hərbçi, polkovnik Raykan Esenkanov deyib.

Polkovnik bildirib ki, Azərbaycan jurnalistlərin xidməti vəzifələrini yerinə yetirərkən Kəlbəcərdə minaya düşərək həlak olmaları və bir neçə nəfərin yaralanması xəbəri yalnız jurnalistləri deyil, tanıdığım bütün insanları sarsıdıb.

“Mən orada xidmət edəndə zabit yoldaşlarıma da, yerli sakinlərə də başa salmağa çalışırdım ki, bu torpaqlar Azərbaycanındır, toponimlər Azərbaycan türkcəsindədir. Mən hələ o vaxt bilirdim ki, "Stepanakert" adı ermənilər tərəfindən qoyulub. O şəhərin qədim adı Xankəndidir. O vaxt da ermənilər hay-küy salır, bu ərazilərin onlara məxsus olduğunu sübut etməyə çalışırdılar”, - deyən hərbçi qeyd edib ki, sonradan yerli ermənilər Ermənistanın və digər havadarlarının köməyi ilə Azərbaycan torpaqlarının işğalına başladılar. Dağlıq Qarabağa aid olmayan ərazilər işğal olundu: "Ancaq mən bilirdim ki, Azərbaycan nə vaxtsa güclənəcək və öz torpaqlarını işğaldan azad edəcək. Mən bu günü səbirsizliklə gözləyirdim".

R.Esenkanov deyib: “Həmin gün gəldi, Azərbaycan öz torpaqlarını ermənilərin işğalından azad etmək üçün ədalət müharibəsinə başladı. 44 günlük Vətən müharibəsində Azərbaycan Ordusu torpaqları işğaldan azad etdi, Ermənistan silahlı birləşmələrini ağır məğlubiyyətə uğratdı. Vətən müharibəsi günlərində hər gün Azərbaycan KİV-lərindən informasiyalar alırdım, Prezident İlham Əliyevin müsahibələrini və çıxışlarını izləyirdim. Şəhərlər, kəndlər işğaldan azad olunduqca mən də azərbaycanlılar qədər sevinirdim”.

Polkovnik vurğulayıb ki, Azərbaycan öz torpaqlarını azad edib, indi isə başqa problem meydana çıxıb - torpaqlar minalanıb. Müharibənin başa çatmasından 7 ay keçməsinə baxmayaraq, Ermənistan yalnız bu günlərdə özü də təkcə Ağdam rayonunun minalanmış ərazilərinin xəritəsini Azərbaycana təqdim edib.

Tarix
2021.06.17 / 19:57
Müəllif
Axar.az
Digər xəbərlər

İlham Əliyev sabiq prezidentə başsağlığı verdi

Hacıyevdən sülh açıqlaması: Konqresdə bəziləri...

İlham Əliyev İsveçrə prezidentinə başsağlığı verdi

Rəsmi Bakıdan bu ölkə ilə bağlı paylaşım

Məşhur jurnalist barədə həbs qərarı - Axtarışa verildi

İstanbuldakı 520 minlik yürüşdə Azərbaycana qarşı pankart...

Ahıl şəxslər üçün Yeni il süfrəsi: Əliyevalar da iştirak etdi

Ukrayna səfiri Azərbaycana təşəkkür etdi

Azərbaycan İsveçrəyə başsağlığı verdi

Erməni mediası Əliyevin çıxışından məhz bu cümləni yaydı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla