Yuxarı

Boru xətti çəkən fəhlələr 19 küp qızıl tapdılar

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Boru xətti çəkən fəhlələr 19 küp qızıl tapdılar

İspaniyanın Sevilya bölgəsində yerləşən Tomares qəsəbəsində boru xəttinin çəkilişi zamanı aparılan qazıntı işləri gözlənilməz tapıntı ilə nəticələnib. Qazıntı aparan texnika bir metr dərinliyində bərk cisimlərə toxunduqdan sonra iş dayandırılıb və ərazidə aparılan təmizləmə zamanı heyrətamiz mənzərə ortaya çıxıb.

Axar.az Mətbuat.az-a istinadla xəbər verir ki, qazıntı zamanı yan-yana və üst-üstə səliqə ilə düzülmüş 19 ədəd antik gil küp aşkar edilib. Arxeoloqların araşdırmaları nəticəsində məlum olub ki, küplərin içində ümumi çəkisi təxminən 600 kiloqram olan 50 mindən çox antik Roma sikkəsi var.

Tədqiqatlar göstərib ki, sikkələr Roma imperiyasının eramızın III əsrinin sonu - IV əsrinin əvvəlinə aiddir. Gümüş örtüklü bu pulların üzərində heç bir aşınma izi olmadığından onların dövriyyəyə buraxılmadığı ehtimal edilir. Sikkələrin üzərində Roma imperatorları I Konstantin və Qaleriusun təsvirləri yer alır.

Mütəxəssislərin fikrincə, bu xəzinə vaxtilə hərbi qarnizonun maaşlarının ödənilməsi və ya vergi vəsaitinin saxlanılması üçün toplanıb, daha sonra isə baş verən qarışıqlıqlar səbəbindən torpağın altında gizlədilib.

Arxeologiya dünyasında böyük marağa səbəb olan bu unikal tapıntı hazırda Sevilya Arxeologiya Muzeyində qorunur. Sikkələrin təmizlənməsi və elmi təsnifatı istiqamətində işlər davam etdirilir.

Tarix
2026.07.19 / 19:44
Müəllif
Axar.az
Digər xəbərlər

XİN-dən mina partlayışları ilə bağlı paylaşım

Xəzərlə bağlı həyəcan təbili: Suyun səviyyəsi...

Prezidentin Zəngəzur dəhlizi ilə bağlı bu ifadəsi... - Şərh

Ermənistana 20 vaqon buğda göndərildi

Azərbaycanlı mütəxəssislər iki dəfə Ermənistana səfər ediblər

Prezident Almaniyanın yeni səfirini qəbul etdi

Naxçıvan enerji üzrə regional mərkəzə çevrilir

Bakı və Kiyev daha da yaxınlaşır: Görünməmiş bir fəlakət...

Azərbaycanda kibertəhlükəsizliklə bağlı mərhələ başlayır

Bakıya uçan təyyarə təcili eniş etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla