Yuxarı

BNA azarkeşlərə müraciət etdi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
BNA azarkeşlərə müraciət etdi

Avro-2020 Futbol üzrə Avropa çempionatının Bakıda keçiriləcək oyunlarına bilet alan azarkeşlərin Bakı Olimpiya Stadionuna şəxsi nəqliyyat vasitəsilə girişi qadağandır. Oyun günü azarkeşləri rahat və təhlükəsiz daşınması üçün Bakı Nəqliyyat Agentliyi ekspress marşrut xətləri təşkil edib.

Axar.az xəbər verir ki, bu barədə Bakı Nəqliyyat Agentliyi (BNA) məlumat yayıb.

"Bunu nəzərə alaraq azarkeşlərə tövsiyə edirik ki, stadiona gələrkən şəxsi nəqliyyat vasitələrindən istifadə etməsinlər. Bəzi azarkeşlər avtomobillərini Bakı Olimiya Stadionu ətrafındakı küçə və prospektlərdə qadağan olunan ərazilərdə park edirlər ki, bu da süni nəqliyyat sıxlıqlarına səbəb olur. Bu cür qanunsuz parklanma halları ilə əlaqədar Heydər Əliyev və Ziya Bünyadov prospektlərindən keçən müntəzəm və ekspress xətlər üzrə sərnişin avtobuslarının hərəkət intervalında yubanmalar yaranıb. Xüsusi ilə avtobusların “Koroğlu” Nəqliyyat Mübadilə Mərkəzinə giriş-çıxışında çətinliklər müşahidə olunub.

Sərnişinlərin rahat daşınması və lüzumsuz yerə vaxt itirməməsi üçün Bakı Olimiya Stadionu ətrafındakı yollarda o cümlədən yolun hərəkət hissəsində, ikinci cərgədə, yol kəsişmələrində, eyni səviyyəli piyada keçidlərində, avtobus dayanacaqlarında, səkilərdə park edilən digər yol hərəkəti iştirakçılarına ciddi maneə yaradan nəqliyyat vasitələri nəzərdə tutulmuş hallarda və qaydada müvəqqəti duracağa təxliyyə olunacaq.

Ümidvarıq ki, hərəkət iştirakçıları tövsiyələri nəzərə alaraq müəyyən edilən qaydalara riayət edərək nəzərdə tutulan nəqliyyat əməliyyatlarının icrasına dəstək olacaqlar", - məlumatda qeyd edilib.

Tarix
2021.06.19 / 15:27
Müəllif
Axar.az
Digər xəbərlər

Oskanyan dedi ki, Elmar, elə bilirsən ki, biz ağılsızıq?

Tramp hücumu niyə dayandırdığını soruşdu, Əliyev cavabında...

Zəngəzurla bağlı bizə söz verdilər - Arakçı elan etdi

XİN rəhbəri NATO nümayəndələri ilə görüşdü

Azərbaycandan gələn buğda yoxlanılacaq - Arutyunyan

Azərbaycan bütün regionun gələcək inkişafını müəyyən edir

Rusiya Abbasovu 17 il azadlıqdan məhrum etdi

Tariximizin Zəfər salnaməsi!

Araikin cinayətlərdə iştirakı sübutlarla təsdiqləndi

Məlum oldu ki, Bakı belə bir imkan da yaradır - Paşinyan

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla