Yuxarı

Prezidentin təltif etdiyi döyüşçü: Qürur duyuram! – Foto

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Prezidentin təltif etdiyi döyüşçü: Qürur duyuram! – Foto

Hər bir Azərbaycan gənci kimi mən də gec-tez torpaqlarımızın düşmən işğalından azad olunacağı o müqəddəs günü səbirsizliklə gözləyirdim. Şükürlər olsun ki, torpaqlarımız bu gün işğaldan azad edilib. Fəxr edirəm və özümü şanslı insan bilirəm ki, 44 günlük Vətən müharibəsində iştirak etmişəm və torpaqlarımızın işğalında az da olsa, paya sahibəm.

Bu sözləri Axar.az-a açıqlamasında 44 günlük Vətən müharibəsinin könüllü iştirakçısı Vüsal Fikrət oğlu Qurbanlı bu gün Prezidentin təltif etdiyi hərbçilər sırasında adının olması haqda danışarkən deyib.

V.Qurbanlının sözlərinə görə, təltifdən xəbəri olmayıb, az öncə dostları ona “Qubadlının azad olunmasına görə” medalı ilə təltif edildiyini deyiblər:

“Etiraf edim ki, belə bir şey gözləmirdim. Çünki mənim üçün ən böyük təltif, medal elə torpaqlarımızın düşmən işğalından azad edilməsidir. Əmim Mikayıl Oruc oğlu Qurbanov Birinci Qarabağ müharibəsinin könüllü iştirakçısı olub. 3 dəfə yaralansa da, torpaqlarımız uğrunda döyüşməkdən geri durmayıb. Babam Oruc Qurbanlı da 20 Yanvar hadisələri zamanı yaralanıb. Belə bir ailənin üzvü kimi döyüşdə olmamağım mümkün deyildi.

Bu gün torpaqlarımızın əsl sahibində olması, zənnimcə, bizlər üçün ən böyük mükafat, sevincdir. Bununla belə, “Qubadlının azad olunmasına görə” medalı ilə təltif edilmək böyük qurur və şərəfdir. Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevə təşəkkürümü bildirirəm. Allahdan Vətənimiz uğrunda canını qurban verən bütün şəhid qardaşlarıma rəhmət, qazi qardaşlarıma şəfalar diləyirəm”.

Tarix
2021.06.24 / 16:17
Müəllif
Turan Rzayev
Digər xəbərlər

Paşinyan və Putin nələri müzakirə edəcək? - Uşakov

Növbəti raund: Belarusla siyasi məsləhətləşmələr keçirildi

Azərbaycanlıların olduğu gəmi batma təhlükəsi ilə üzləşdi

Baş nazirdən İrandakı səfirliyimizlə bağlı qərar

İrəvan Qarabağda xidmət edən generallara cinayət işi açır

Sərkisyandan soruşurdum ki, nə baş verib... - Zülfüqarov

Zülfüqarovun cavabı məni heyrətləndirdi – Sərkisyan

Ballıqayadakı cinayətlərə hüquqi qiymət verilməlidir

Kreml "Bunları toplayıb Bakıya göndəririk" deyir, əvəzində...

Səfirliyimiz önündə təxribatı onlar törədibmiş... - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla