Yuxarı

Şəmkir qalasında istixana işləyir... – Açıqlama

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Şəmkir qalasında istixana işləyir... – Açıqlama

12:38

Şəmkir rayonunun Qədimqala kənd ərazisində yerləşən VI əsrə aid Şəmkir qalasının dağıntılar halında qalması və ərazidən axan Şəmkirçay yatağında antisanitar vəziyyətin artması əhalidə narahatlıq yaradır.

Axar.az-a bölgədən daxil olan məlumata görə, Şəmkir qalasının əhatəsi artıq istixana kimi istifadə olunur.

Məsələ ilə bağlı saytımıza açıqlama verən Şəmkir rayon İcra Hakimiyyətinin mətbuat katibi Elvin Seyidov bildirib ki, Şəmkir qalası birbaşa Mədəniyyət Nazirliyinin tabeliyindədir:

“Ərazinin istixana kimi istifadə olunması araşdırılacaq. Şəmkir çayında antisanitar vəziyyətin artması haqqında məlumat isə həqiqəti əks etdirmir. Çünki çaydan illərdir su gəlmir. Yağıntılar az olduğu üçün çayın suyu quruyub”.

Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin mətbuat katibi Fariz Hüseynli isə qeyd edib ki, qoruq ərazisində istixanaların yaradıldığı ilə bağlı yayılan məlumat doğru deyil:

“Həmin istixanalar “Qədim Şəmkir Şəhəri” Dövlət Tarix-Mədəniyyət Qoruğunun sərhədləri xaricindədir. Qoruq ərazisində yerləşən Şəmkir qalasının bərpa olunması növbəti illərdə tikintisi nəzərdə tutulmuş layihələrin siyahısına daxil edilib”.

Qeyd edək ki, Prezident İlham Əliyevin 22 oktyabr 2019-cu il tarixli Sərancamı ilə həmin ərazi “Qədim Şəmkir Şəhəri” Dövlət Tarix-Mədəniyyət Qoruğu elan edilib.

Tarix
2021.06.25 / 15:29
Müəllif
Aytəkin Qardaşova
Digər xəbərlər

Ermənilər sanitar qovşağı da aparmışdılar... - Prezident

İlham Əliyev müşavirə keçirdi - Foto

Kərkidən əvvəl bu ərazilər Azərbaycana təhvil veriləcək

İrəvanda hökumət binasında Azərbaycan bayrağı? - Foto

XIX əsrə qədər Qafqazda müstəqil erməni kilsəsi olmayıb

Nazir dünya iqtisadi liderlərinin qeyri-rəsmi naharında

Bu ölkədə Azərbaycana qarşı təxribatın qarşısı alındı

İran Xəzər dənizi ilə bağlı plan hazırlayır

Yılmaz səfirimizlə görüşdü, sülhü müzakirə etdi

Dövlət büdcəsinin təsnifatı yeni qaydada tətbiq olunacaq

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla