Yuxarı

Jurnalistlərin siyahısı PA-ya təqdim edildi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Jurnalistlərin siyahısı PA-ya təqdim edildi

"Tiflisdə beynəlxalq konfrans keçirilir. Ona görə, də bura gəlmişəm. Avropa Birliyi və Avropa Şurasının konfransında oldum. Azərbaycanla bağlı məruzə etdim və konfransdan sonra "Qəbələ"nin oyununu izləmək üçün stadiona getdim".

Bunu Report-a açıqlamasında Mətbuat Şurasının sədri Əflatun Amaşov deyib. Gürcüstanın Marnueli şəhərində Azərbaycan mətbuatının 140 illiyi ilə bağlı bu gün tədbir keçiriləcəyini qeyd edən Ə.Amaşov Tiflisin Azərbaycan mətbuatının inkişafındakı önəmindən danışıb. Müxtəlif illərdə orada işıq üzü görən nəşrlərdən söz açan şura sədri Tiflis mühitinin Azərbaycan mətbuatına verdiyi tövhələrin bir daha yada düşəcəyini bildirib.

O, beynəlxalq idman jurnalistləri bayramı münasibətilə idman jurnalistlərini də təbrik edib: "Ümumi jurnalistikadan sonra Azərbaycanda ən inkişaf etmiş sahə idman jurnalistikasıdır. I Avropa Oyunları idman jurnalistlərini daha da püxtələşdirdi".

Ə.Amaşov Milli Mətbuat günü ilə əlaqədar Azərbaycan jurnalistikasında önəmli rolu olan jurnalistlərin mükafatlandırılacağını qeyd edib: "Əsasən daha çox xidmət göstərmiş insanlar, jurnalistlər mükafatlanacaq. Artıq 250-yə yaxın jurnalistin namizədliyini Prezident Administrasiyasına göndərmişik. İyulun 20-də Azərbaycan jurnalistikasının inkişafında rolu olan, tövhə verən insanlar mükafat alacaq".

Tarix
2015.07.03 / 15:23
Müəllif
Axar.az
Digər xəbərlər

Azərbaycan çox tolerant ölkədir - İsrail prezidenti

Kartdan-karta pul köçürmələri üzrə limitlər... - AMB

Beləliklə, Azərbaycan xalqının səbri tükəndi...

Azərbaycan böyük iş görür - Tokayev

Biz uşaq qatillərinin səviyyəsinə enmədik - Prezident

Azərbaycanın AQEM-də sədrliyi daha 2 il uzadıldı

Müharibə bizim seçimimiz olmayıb, bizi buna onlar məcbur edib

Bakıda mühüm tədbir: Prezident çıxış etdi - Foto

Azərbaycan birləşdirici mərkəz kimi getdikcə daha böyük rol oynayır

Hicab iddialarına Xomeyninin sözləri ilə - Cavab

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla