
Avropa Liqası: Bu gecə 10 oyun var
10:12
Ana səhifə Toplum |
![]() ![]() ![]() ![]() |
Sosial şəbəkələrdə Şəkinin Kiçik Dəhnə kəndində 15 yaşlı qızın ərə verilməsi ilə bağlı videogörüntülər yayılıb.
Axar.az xəbər verir ki, DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupunun baş inspektoru, polis baş leytenantı Mahir Məsimov yayılan görüntülər əsasında Şəhər Rayon Polis Şöbəsində dərhal araşdırmalara başlanıldığını bildirib.
Araşdırma zamanı 2005-ci il təvəllüdlü M.H ilə 1991-ci il təvəllüdlü M.S-nin evləndirilməsi faktı öz təsdiqini tapıb.
Yeniyetmənin valideynləri polisə dəvət olunub və onların izahatları alınıb.
Hazırda Şəki ŞRPŞ-nin İstintaq bölməsində araşdırma aparılır.
Qeyd edək ki, hadisə Şəkinin Dəhnə kəndində qeydə alınıb. Müşgünaz adlı yeniyetmənin Bakının Maştağa kəndinə ərə verildiyi qeyd edilib.
Tarix
2021.07.13 / 11:40
|
Müəllif
Axar.az
|