Yuxarı

Prezidentin yüksək vəzifə verdiyi general Osmanov kimdir?

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Prezidentin yüksək vəzifə verdiyi general Osmanov kimdir?

Ötən gün Müdafiə Nazirliyində mühüm kadr təyinatları həyata keçirilib. Ali Baş Komandan, Prezident İlham Əliyevin sərəncamı ilə yeni vəzifəyə təyin olunanlardan biri general-leytenant Nizam Osmanovdur.

Ölkə başçısının sərəncamına əsasən, general-leytenant Osmanov Nizam Ramazan oğlu – Baş Qərargah rəisinin müavini – Döyüş Hazırlığı və Hərbi Təhsil Baş İdarəsinin rəisi vəzifəsindən azad edilərək, müdafiə nazirinin müavini – Maddi-Texniki Təminat Baş İdarəsinin rəisi təyin edilib.

Axar.az Modern.az-a istinadən xəbər verir ki, general-leytenant Nizam Osmanov 16 iyun 1965-ci ildə Ermənistanın Kalinino rayonunda anadan olub. 1986-cı ildə Bakı Ali Ümumqoşun Komandirlər Məktəbini bitirib. 1986-1992-ci illərdə Uzaq Şərq Hərbi Dairəsində taqım, bölük, tabor komandirləri vəzifələrində xidmət edib.

1992-ci ilin avqust ayından Azərbaycan Respublikası Silahlı Qüvvələrində xidmətə başlayıb. 1992-2002-ci illərdə motoatıcı tabor komandiri, hərbi hissənin əməliyyat şöbəsi rəisinin baş köməkçisi, qərargah rəisi, alay komandirinin müavini, motoatıcı briqadanın qərargah rəisi və komandiri, hərbi birlik komandirinin müavini vəzifələrində xidmət aparıb.

N.Osmanov 2002-2014-cü illərdə hərbi birlik komandiri olub. 2014-2020-ci illərdə Silahlı Qüvvələrin Baş Qərargah rəisinin müavini - Döyüş Hazırlığı və Hərbi Təhsil Baş İdarəsinin rəisi vəzifəsində xidmət edib.

General-leytenant Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü uğrunda gedən döyüş əməliyyatlarında iştirak edib. Xidməti vəzifələrini layiqincə yerinə yetirdiyinə görə dəfələrlə müxtəlif mükafatlara və medallara layiq görülüb.

Belə ki, o, Azərbaycan Respublikası Prezidentinin 24.06.2003-cü il tarixli Sərəncamı ilə “Azərbaycan Bayrağı” ordeni, 25.06.2011-ci il tarixli Sərəncamı ilə 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni, 24.06.2016-cı il tarixli Sərəncamı ilə “Vətən uğrunda” medalı, 25.06.2018-ci il tarixli Sərəncamı ilə “İgidliyə görə” medalı, 27.05.2019-cu il tarixli Sərəncamı ilə “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi (1918-2018)” Azərbaycan Respublikasının yubiley medalı, 09.12.2020-ci il tarixli Sərəncamı ilə “Qarabağ” ordeni ilə təltif olunub.

2020-ci ilin 8 iyul tarixində Müdafiə nazirinin müvafiq əmri ilə Müdafiə nazirinin maddi-texniki təminat üzrə müavini - Maddi-Texniki Təminat Baş İdarəsinin rəisi vəzifəsinin icrasına buraxılıb.

Ailəlidir. İki övladı var.

Tarix
2021.07.24 / 11:29
Müəllif
Axar.az
Digər xəbərlər

Əliyevin Ermənistanı deyil, avropalıları tənqid etməsi...

Azərbaycan ərazisi İrana qarşı istifadə olunmayıb - Mustafayev

Leyla Əliyeva Raffaella Petrini ilə görüşdü

Pakistanda zorlanan azərbaycanlı qızla bağlı şok faktlar - Foto

Müharibəyə baxmayaraq, İranın Azərbaycanla... - Fərzanə Sadiq

Slovakiyanın müdafiə naziri Azərbaycana gəldi

Şahin Mustafayev Məsud Pezeşkianla görüşdü

Azərbaycan və Belarus hərbi əməkdaşlığı müzakirə etdi

Türkiyə MN Naxçıvandakı təlimdən video yaydı

Avropa Komissiyasının rəsmiləri Naxçıvanda - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla