Yuxarı

Xəzərdə dalğanın hündürlüyü 6 metrə çatdı - ETSN

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Xəzərdə dalğanın hündürlüyü 6 metrə çatdı - ETSN

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Azərbaycanda müşahidə olunan faktiki hava şəraiti ilə bağlı məlumat yayıb.

Milli Hidrometeorologiya Xidmətindən Axar.az-a bildirilib ki, ölkə ərazisində hava şəraiti dəyişib, bəzi yerlərdə şimşək çaxmış, arabir leysan xarakterli yağış yağmış, havanın temperaturu ötən günlərlə müqayisədə 8-10° aşağı enmişdir. Yağan leysan yağışlar nəticəsində Balakən-Şəki bölgəsi çaylarından, Əyriçay, Şinçay, Kürmükçay, Balakənçay, Qanıx çaylarında sululuq artmış, bəzi dağ çaylarından sel keçmiş, ayrı-ayrı yerlərdə güclü şimal-qərb küləyi əsmişdir.

Düşən yağışın miqdarı: Ləzədə 27 mm (Qusar, aylıq normanın 91 %-i), Qrızda 12 mm, Kişçayda (Şəki) 11 mm, Gəncədə 10 mm, Xınalıq, Quba, Tovuz, Qusarda 9 mm, Balakən, Oğuzda 8 mm, Nabranda 7 mm, Zaqatalada 6 mm, Mingəçevirdə 4 mm, Çeyrançöldə 3 mm, Qəbələ, Sarıbaş (Qax), Şabran, Yevlax, Şəki, Şəmkir, Göygöl, Bərdədə 2 mm, Naxçıvan, Şahbuz, Ağdərə (Ordubad), Daşkəsən, Naftalan, Ağstafa, Gədəbəy, Balakən, Qobustan, Altıağac, Xaltan, Salyan, Kürdəmir, Zərdab, Göyçay, Sumqayıt, Bakı, Maştağada 1 mm-dək olmuşdur.

Dolu: Şəmkirçay Qalakənddə diametri 22 mm, saat 18:15-18:20 radələrində Gədəbəy rayonu Miskinli kəndində diametri 5-6 mm, Plankəndində və Gəncə şəhərinin bəzi yerlərində leysan yağışlarla bərabər xirda dənəli dolu yağmışdır.

Külək: Şimal-qərb küləyi arabir Daşkəsən, Neftçalada 25 m/s, Naftalan, Altıağac, Ağstafada 20 m/s, Çeyrançöldə 19 m/s, Salyan, Xaçmaz, Şamaxı, Qobustan, Naxçıvanda 18 m/s, Şabran, Şirvanda 17 m/s, Abşeron yarımadası və Abşeron Dəniz rayonunda: Maştağa, Bakıda 35 m/s, Sumqayıtda 31 m/s, Qum adasında 30 m/s, Neft Daşlarında 28 m/s, Çilov adası, Pirallahıda 25 m/s, Binədə 24 m/s-dək güclənib, Neft Daşları stansiyasının məlumatına əsasən, dalğanın hündürlüyü 6.0 metrə çatmışdır.

Tarix
2021.07.28 / 18:56
Müəllif
Axar.az
Digər xəbərlər

Azərbaycandan Ermənistana boru kəməri çəkiləcək

Azərbaycan ərazisinin Naxçıvanla birləşməsi... - Əsədov

Prezidentdən Yaqub Eyyubovla bağlı sərəncam

Azərbaycan təyyarəsi İrəvanda!

Türkiyə və Azərbaycanla bağlı bunu etməyə hazırıq - Paşinyan

Rubinyandan Əliyevin açıqlaması haqda: İnqilabdır!

Tiflisdə mühüm tədbir: Əli Əsədov iştirak edir

Əliyev çox mühüm və pozitiv addım atdı - Paşinyan

Prezidentlə birlikdə Qazaxıstana o da gedibmiş - Foto

Estoniya XİN başçısı Azərbaycana gəldi

KULT
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla