Yuxarı

Sosial şəbəkə vasitəsilə narkotik alan narkotacir tutuldu

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Nərimanov Rayon Polis İdarəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində əvvəlcə narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan Elazə Mustafayeva saxlanılıb.

Daxili İşlər Nazirliyindən Axar.az-a verilən məlumata görə, onun üzərindən 2 qrama yaxın psixotrop maddə olan metamfetamin aşkar edilib.

Polis İdarəsində davam etdirilən əməliyyatlar zamanı müəyyən edilib ki, Elazə Mustafayeva narkotik vasitələri Vüqar adlı şəxsdən alıb. Əməliyyat zamanı narkotik vasitələrin satışı ilə məşğul olan Hacıqabul rayon sakini Vüqar Məhərrəmov saxlanılaraq istintaqa təqdim edilib. Onun üzərinə baxış zamanı 16 qrama yaxın heroin və metamfetamin aşkar olunub.

Vüqar Məhərrəmov ifadəsində qeyd edib ki, sosial şəbəkələrdə birbaşa olaraq tanış olduğu xarici ölkə vətəndaşlarından biri ona qaçaqmalçılıq yolu satmaq məqsədi ilə külli miqdarda narkotik vasitə və psixotrop maddə göndərib. O, həmin narkotik vasitələri Beyləqan-İmişli yolunun kənarından əvvəlcədən razılaşdırılan yerdən götürərək satmaq məqsədi ilə Bakı şəhərinə gətirib. Nərimanov Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən Vüqar Məhərrəmovun gizlətdiyi yerdən 3 kiloqram 944 qram heroin və 3 kiloqram 503 qram metamfetamin aşkar olunaraq götürülüb,

Faktla bağlı Nərimanov Rayon Polis İdarəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb. Elazə Mustafayeva və Vüqar Məhərrəmov istintaqa cəlb olunublar. Nərimanov rayonu ərazisində narkotik vasitələrin qanusuz dövriyyəsinin qarşısının alınması istiqamətində Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən əməliyyat tədbirləri davam etdirilir.

Tarix
2021.07.30 / 13:54
Müəllif
Axar.az
Digər xəbərlər

Azərbaycanlı Almaniyada yüksək vəzifəyə təyin olundu

Çin rəsmisi İrəvanda: Simonyanla Azərbaycandan danışdı

Prezident narkomanlığa qarşı bu proqramı təsdiqlədi

Mühüm qərar: Bu şəxslər işlə təmin ediləcək...

Prezidentdən Fətəli xan Xoyski ilə bağlı sərəncam

Tokayev Allahşükür Paşazadəni qəbul etdi

Marta Kos Bakıya gəlir: Ağdama da gedəcək

ABŞ səfirliyinin əməkdaşı yarım milyonu necə ələ keçirib?

Bəxtiyar Həsənovun Rusiya vətəndaşlığı ləğv olundu

Azərbaycana bu il ən çox sərmayə qoyan ölkələr

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla