Yuxarı

Ayağını itirən qazimiz danışdı: Döyüşə hazıram! - Video

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Ayağını itirən qazimiz danışdı: Döyüşə hazıram! - Video

Azərbaycanın Zəfəri ilə başa çatan 44 günlük Vətən Müharibəsinin iştirakçısı Binnət Eyvazlı döyüşlərdə ağır yaralanaraq bir ayağını itirsə də yenə döyüşə hazır olduğunu bildirir: “Çünki, vətənpərvərlik içimizdən gəlir”.

Axar.az xəbər verir ki, B.Eyvazlı Trend-ə keçdiyi döyüş yolundan bəhs edib.

Beyləqan rayonunun Birinci Aşıqlı kəndində anadan olan Qarabağ qazisi 2020-ci il sentyabrın 27-də Azərbaycanın ərazi bütövlüyü uğrunda başlanan döyüşlərə qatılıb. Elə həmin gün qolundan qəlpə yarası alsa da döyüşə davam edib: Qolumdan yaralandım, amma geri qayıtmadım, yaramı sarıyıb irəli getdim. Növbəti dəfə isə minaya düşdüm, ayağımı itiridim, daha sonra yanımıza mərmi düşdü. Gözümü açanda artıq xəstəxanada idim”.

B.Eyvazlı xüsusilə vurğulayıb ki, müharibə zamanı döyüş yoldaşları daim irəli getməyə can atıb, bir gün də olsun geri çəkilməyiblər:

“Hamı qəhrəmancasına döyüşürdü, heç kimin gözündə qorxu yox idi. Çünki biz öz tarixi torpağımız uğrunda, haqq-ədalət yolunda vuruşurduq”.

Qarabağ qazisi onu da əlavə edib ki, Azərbaycan dövləti həmişə qazilərin, müharibə veteranlarının yanında olub, onlara diqqət və qayğı göstərib. İstər yaralandığı zaman, istərsə də son aylarda lazım olan müalicə və müayinələri keçib.

Videoreportajı təqdim edirik.

Tarix
2021.08.03 / 09:34
Müəllif
Axar.az
Digər xəbərlər

Medvedyevdən şok: Yeni superdövlət yaradılır, lideri...

Ciddi hadisə: Naxçıvanın muxtar statusu ləğv edilir

ABŞ İranı mütləq vuracaq: elə şərtlər irəli sürüb ki...

Vens Azərbaycana bu mərasimdən sonra gələcək - KİV

Si Putinə qəzəblidir: Bu oyun Çinə ağır zərbə vurdu

Mühüm tədbir: Prezidentin səhifəsində video paylaşıldı

Kuleba Bakının bu dəstəyini yüksək qiymətləndirdi - Səfir

ADU və Sunqşil Universiteti Anlaşma Memorandumu imzaladı

Tehran İstanbuldan imtina etdi, Omanı seçdi - Görüş məhv oldu

Müəllimlər hansı hallarda işdən çıxarıla bilər?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla