Yuxarı

Əli Həsənovun qızı işdən çıxarıldı

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Prezidenin sabiq köməkçisi Əli Həsənovun qızı Səfiyə Mehbalıyeva (Həsənova) Prezident yanında Dövlət İdarəçilik Akademiyasının “Beynəlxalq münasibətlər və xarici siyasət” kafedrasındakı işindən azad olunub.

Axar.az Yeniavaz.com-a istinadla xəbər verir ki, “Beynəlxalq münasibətlər və xarici siyasət” kafedrasında işləyən müəllimlərdən yalnız Səfiyə Mehbalıyeva işdən azad olunub. Aralarında 2 millət vəkili - Elman Nəsirov və Musa Qasımlının da olduğu kafedranın digər müəllimləri öz vəzifələrində saxlanılıblar.

Qeyd edək ki, Prezident yanında Dövlət İdarəçilik Akademiyasının “Beynəlxalq münasibətlər və xarici siyasət” kafedrasına 20 il Əli Həsənov rəhbərlik edib və qızını da həmin kafedranın müəllimi vəzifəsinə təyin edib.

Əli Həsənovun 1990-cı ildə anadan olan qızı Səfiyə Mehbalıyeva “Beynəlxalq münasibətlər və xarici siyasət” kafedrasının müəllimi olmaqla bərabər, eyni zamanda “Qarabağ Araşdırmalar Mərkəzi” İctimai Birliyinin sədr müavini olub. Qeyd olunan İctimai Birliyin sədri isə “Beynəlxalq münasibətlər və xarici siyasət” kafedrasının müəllimi Elçin Əhmədovdur.

Məlumat üçün bildirək ki, Əli Həsənovun qızı Səfiyə Mehbalıyeva eyni zamanda Milli Məclisin üzvü, Azərbaycan Həmkarlar İttifaqı Konfederasiyasının sədri Səttar Mehbalıyevin oğlu - Qaradağ rayon Polis İdarəsinin sabiq rəisi, polkovnik İsfəndiyar Mehbalıyevin həyat yoldaşıdır.

Tarix
2021.08.25 / 15:41
Müəllif
Axar.az
Digər xəbərlər

İlham Əliyev Pezeşkianla danışdı

Paşinyan yeni savaşa girdi: əxlaqsız görüntülər yayılacaq?

Xameneinin Trampa ağır cavabı: Sən kimsən ki…

Hikmət Hacıyev bu ölkələrin nümayəndələri ilə görüşdü

Sahibə Qafarova TBMM sədrini təbrik etd

Ukraynanın filmi: Behbudov, Ağdam və işğal... - Video

Qarabağa qarşı olan erməni bu söyüşə görə aparılıb – Video

Bakı Bəyanatı qəbul edildi

Azərbaycan əsgərlərinə tapança tuşlayan erməni saxlanıldı

Revanşist suala Paşinyanın maraqlı cavabı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla